Litvanın baş naziri Andryus Kubilyus bildirib ki, prezidentin etimadsızlıq göstərdiyi xarici işlər naziri Viqaudas Uşatskas bu yaxınlarda istefaya gedəcək. Bu zaman o, nazirin işini yaxşı qiymətləndirdiyini etiraf edib.
"Yaranmış vəziyyət həqiqətən də təəssüf bildirməyə vadar edir, çünki mənim fikrimcə, Uşatskas peşəkardır. Odur ki, prezidentin nazirlə işləyə bilməyəcəyini bəyan etməsinə görə təəssüflənmək lazım gəlir", -deyə baş nazir cümə axşamı Ziniu radijas ("Xəbərlər radiosu") radioasuna müsahibəsində bildirib.
Bununla yanaşı, o qeyd edib ki, XİN başçısı postuna gələcək namizədi hər şeydən əvvəl prezidentlə müzakirə etmək niyyətindədir.
"Nazirin bu yaxınlarda mənə təqdim edəcəyi (istefada haqda) ərizəsini onun deputatı olduğu partiyanın (Vətən İttifaqı-Litva xristian-demokratları) rəhbərliyi ilə muzakirə etməyə hazırlaşıram və o gələcək fəaliyyəti haqda qərar qəbul etməlidir", - deyə A.Kubilyas əlavə edib.
Xəbər verildiyi kimi, Litva prezidenti Dalya Qribauskayte çərşənbə günü XİN başçısına etimadsızlığını ifadə edib və baş naziri XİN rəhbərinin bu vəzifədən azad olunması istiqamətində addımlar atmağa çağırıb.
Prezidentin mətbuat katibi Linas Balsis bəyan edib ki, dövlət başçısı nazirlə birgə işləməyi perspektivsiz hesab edir. Prezident əmindir ki, dövlətin xarici siyasəti “xarici işlər nazirinin siyasi özünüreklamının girovuna çevrilə bilməz", -deyə L.Balsis çərşənbə günü bəyan edib. Onun sözlərinə görə, "nazirin şəxsi xarici siуasəti ola bilməz və o, onu dövlət başçısı və bəzən də baş nazirlə razılaşdırmaması mümkün deyil".
45 yaşlı karyeralı diplomat V.Uşatskas 2008-ci ilin sonlarında “Vətən İttifaqı-Litva xristian-demokratları” partiyasının seçkilərində qələbəsindən sonra xarici ilər naziri postuna təyin olunub.
D.Qribauskayte ötən il iyunun sonlarında keçirilən prezident seçkilərində qalib gəldikdən sonra onu yenidən xarici işlər naziri vəzifəsinə təsdiqləmişdi.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət