Ölkəni silkələyən dağıdıcı zəlzələdən sonra Haitinin bərpasına əsrin dörddə biri qədər vaxt lazım ola bilər. Bu ölkənin İspaniyadakı səfiri Yolett Azor-Şarl belə hesab edir.
"Əvvəlcə mən bunun üçün 10 il vaxt lazım gələcəyini deyirdim. Lakin dağıntıların miqyasını təhlil etdikdən sonra mən belə qənaətə gəldim ki, bərpa üçün ən azı 25 il lazımdır", - deyə Fransanın “Ven minyut” qəzeti səfirin dediklərindən sitat gətirir.
Yeri gəlmişkən, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) məlumat verib ki, Haitinini paytaxtı Port-o-Prensin sakinləri sözün hərfi mənasında yaşamaq üçün mübarizə aparırlar.
İçməli su və ərzaq çatışmamazlığı şəraitində adamların əsəbləri son dərəcə gərilib. Məlumatda bildirilir ki, Port-o-Prensin sakinlərinin əksəriyyəti üçün vəziyyət həqiqətən fəlakətlidir.
"Müvəqqəti sığınacaqlar, sanitar tikililəri, içməli su, ərzaq və tibbi yardımdan istifadə imkanları əvvəlkidək son dərəcə məhduddur. Humatitar təşkilatlar tərəfindən klinika və xəstəxanalara göstərilən irimiqyaslı yardımlara baxmayaraq, Port-o-Prensdəki tibb müəssisələrinin əksəriyyəti personal qıtlığı və dərman çatışmamzalığından əziyyət çəkirlər", - deyə BQXK-nin Haitidəki missiyasının rəhbəri Rikkardo Konti bəyan edib.
BQXK qeyd edir ki, paytaxt küçələri adamlarla, əldə qayırma çadırlarla və yanan zibil qalaqları ilə doludur. Sakinlərin əksəriyyəti üçün həlak olanların cəsədlərini axtarmaq artıq bütün mənasını itirib. İşləyən az sayda yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Silahlı mühafizəçilər və polis alıcıların axınını tənzimləməyə çalışsa da, onlar buna çox çətinliklə nail olurlar.
Zəlzələdən bir həftə sonra kütləvi təşkil olunmuş düşərgələrdə səhiyyə və sanitariya sahəsində vəziyyət son dərəcə təhlükəlidir. Hansısa bir infrastrukturun olmadığı şəraitdə əhalinin əksəriyyəti küçələrdə yatır, onların tualetdən və içməli sudan istifadə imkanları son dərəcə məhduddur.
"Əgər biz yoluxucu xəstəliklərin tüğyan etməsi risqinin minimallaşdırmaq istəyiriksə, onda ən qısa müddətdə adamların içməli suya və sanitar tikililərinə olan tələbatını təmin etməliyik", - deyə R.Konti bildirib.
Yerlərdəki BQXK-nin nümayəndələri bildirirlər ki, küçələrdə meyvə və tərəvəz satılır. Lakin alıcıların sayı çox deyil. Çünki sakinlərdən heç birinin ərzaq almaq imkanları yoxdur. Son həftələrdə çörəyin qiyməti iki dəfə bahalaşıb.
Kifayət qədər pulu olanlar çıxıb gedirlər. Avtobuslar ağzınadək doludur. Adamlar şəhəri tərk edirlər. Məlumatlara görə, Port-o-Prens sakinləri Dominikan Respublikası ilə sərhəd rayonunda toplaşaraq ölkədən getməyə çalışırlar. BQXK-nin məlumatında deyilir ki, Amerika mənşəli haitililər АBŞ səfirliyi qarşısında növbəyə düzülərək Haitini tərk etməyə cəhd göstərirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət