Prezidenti İlham Əliyev cümə axşamı Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Qlobal enerji mənzərəsi” mövzusunda tədbirdə iştirak edib. Bu barədə “AzərTac” dövlət informasiya agentliyi xəbər verir.
İ.Əliyev tədbirdə çıxış edərək, respublikada energetika sahəsində görülən işlərdən danışıb. Dövlət başçısı Azərbaycanın qlobal enerji təhlükəsizliyində oynadığı rola toxunaraq deyib ki, respublika aparılmış düzgün siyasət nəticəsində və tərəfdaşların birgə səyi ilə beynəlxalq əhəmiyyətli layihələr həyata keçirib. O qeyd edib ki, hazırda Azərbaycanın enerji daşıyıcıları müxtəlif istiqamətlərə nəql olunur. Bunun üçün lazımi boru kəmərləri infrastrukturu yaradılıb.
İ.Əliyev Azərbaycanın dünya qaz bazarında rolunun artdığını vurğulayaraq bildirib ki, ölkədə ehtiyatları təsdiq olunmuş qaz yataqları kifayət qədər çoxdur. O qeyd edib ki, hazırda Azərbaycan qazı qonşu ölkələrə ixrac olunur. Halbuki bu ölkələrin bəzilərində Azərbaycandakından daha çox qaz hasil edilir. Prezident bəyan edib ki, Azərbaycan qaz ixracını şaxələndirməyə davam edəcək.Ölkənin iqtisadi inkişafından danışan prezident İlham Əliyev bildirib ki, Azərbaycan son 6 ildə dünyada ən tez inkişaf edən ölkələrdən biridir: aparılan islahatlar nəticəsində bazar prinsipləri əsasında iqtisadiyyatın inkişafı təmin edilib və hazırda ölkə ÜDM-də özəl sektorun payı 85% təşkil edir. O qeyd edib ki, böhrana baxmayaraq, Azərbaycan 2009-cu ildə inkişafını davam etdirib və ötən il ÜDM 9,3%, sənaye istehsalı 8,6% artıb.
İclas zamanı BP-nin icraçı direktoru Toni Heyvord, Saudi Aramco şirkətinin prezidenti Xalid Əl-Falih, Royal Dutch Shell şirkətinin İdarə Heyətinin sədri Peter Vozer, The Dow Chemical şirkətinin İdarə Heyətinin sədri Endrü Liveris, “Total” şirkətinin Direktorlar Şurasının sədri Terri Desmartes mövzu ilə bağlı öz fikirlərini bildiriblər.
Həmin gün İ.Əliyev latviyalı həmkarı Valdis Zatlerslə görüşüb. Görüş zamanı müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafı qeyd olunub. Azərbaycana səfərini xatırladan V.Zatlers deyib ki, bu səfər uğurlu olub və səfər zamanı keçirilən görüşlər yaxşı nəticələr verib. O, Azərbaycanla Latviya arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün yaxşı imkanların olduğunu vurğulayıb. Öz növbəsində İ.Əliyev Azərbaycan və Latviya şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi işini dəstəklədiyini bildirib.Görüş zamanı regional əməkdaşlıq, ikitərəfli münasibətlər və beynəlxalq mövzuda fikir mübadiləsi aparılıb.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət