“Total” şirkəti “Abşeron” yatağında birinci kəşfiyyat quyusunu əvvəlcə nəzərdə tutulmuş 7 200 m. əvəzinə 6,8-6,9 min m. dərinliyə qədər qazacaq. Bu barədə SOCAR şirkətinin (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə cümə axşamı jurnalistlərə bildirib.
“Əvvəlcə quyunun layihə dərinliyi 7200 m. idi, çünki biz qorxurduq ki, daha kiçik dərinliklərdə məhsuldar qatlar aşkar edə bilməyəcəyik. Ancaq qərara gəlinmişdi ki, əgər yuxarı obyektlərdə qatların açılışı olsa, onda artıq quyunu riskə məruz qoymayacaq və layihə dərinliyinə qədər qazmayacağıq”, - deyə X.Yusifzadə “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin sualına cavab verərkən bildirib.
O qeyd edib ki, hazırda quyunun dərinliyi 6570 metr təşkil edir və artıq fasilə dəstəsi, Balaxanı dəstəsinin 6-cı və 8-ci horizontları açılıb. “Burada biz artıq böyük qaz ehtiyatlarının mövcud olduğunu güman edirik”, - deyə o vurğulayıb.
X.Yusifzadə bildirib ki, 4 min m dərinlikdən 1500 m. məsafəyə yan lülənin qazıması nəzərdə tutulub ki, bu da tədqiqatların sahəsini genişləndirəcək. Yan lülənin qazıması 2011-ci ilin sonuna qədər başlanacaq.
“Abşeron” bloku Bakıdan 100 km məsafədə 500 metr dərinlikdə yerləşir.
“Abşeron” dəniz strukturunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 2009-cu il fevralın 27-də imzalanıb. Hazırda layihənin iştirakçıları SOCAR (40%), TOTAL (40% - operator) və GDF SUEZ (20%) şirkətləridir. Müqavilə artıq ratifikasiya edilib və hüquqi qüvvəyə minib. Müqavilə 30 il müddətinə bağlanıb. Müqavilə üzrə sahə 747 kvadrat metrdir.
“Total” şirkəti Xəzər dənizinin Azərbaycan sektorundakı “Abşeron” blokunda əhəmiyyətli qaz ehtiyatlarının mövcud olduğunu təsdiqləyib. Blokda X-2 quyusunun qazıması bir neçə trilyon kub fut qaz və kondensat ehtiyatlarının mövcud olduğunu təsdiqləyib.
6568 metr dərinlikdə 150 m. qalınlığında 3 məhsuldar qat aşkarlanıb.
“Abşeron” yatağının ehtiyatları 350 mlrd. kubmetr qaz və 45 mln. ton neft təşkil həcmində qiymətləndirilir.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət