Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Human Rights Watch” beynəlxalq təşkilatın “Dini etiqad azadlığı haqqında” qanuna edilən əlavə və dəyişikliklərlə ölkədə dindarların, həmçinin məktəblərdə hicab taxmağa dair hüquqlarının pozulması barədə qınaqlarını qəbul etmir. Dövlət Komitəsinin çərşənbə axşamı “Human Rights Watch” təşkilatının Azərbaycanda dini vəziyyətlə bağlı tənqidi hesabatına dair yaydığı məlumatda bildirilir ki, hicab taxmaları məsələsi
“Təhsil haqqında” qanunun xüsusi maddəsi ilə tənzimlənir. “Həmin maddəyə əsasən, respublikanın bütün təhsil müəssisələrində təhsil alanların geyim formaları təhsil müəssisəsinin nizamnaməsi ilə müəyyən edilir. Digər məhdudlaşdırıcı qanunvericilik aktları mövcud deyil”, - deyə məlumatda bildirilir.
“Bütün demokratik dünyəvi dövlətlərdə olduğu kimi, Azərbaycanda da vahid məktəbli formasının tətbiqi vicdan azadlığının pozulması kimi qələmə verilə bilməz”, - deyə Dövlət Komitəsi vurğulayır.
DQİDK həmçinin qeyri-qanuni fəaliyyət göstərən Azərbaycan İslam Partiyasının sədrinin və digərlərinin həbsinə dair “Human Rights Watch”-ın qeydi ilə bağlı bildirir ki, bu şəxslərin həbsi kriminal xatrakter daşıyır və bunun azadlığın pozulması, eləcə də dini ayrı-seçkiliyə yol verilməsi kimi qələmə vermək tam əsassızdır.
DQİDK həmçinin, 2010-cu ilin iyun ayında Gəncə şəhərində “Yehovanın şahidləri”nin toplantısının qarşısı polis tərəfindən alınması barədə bəyanatını əsassız hesab edir. Dövlət Komitəsi vurğulayıb ki, polis qanun çərçivəsində hərəkət edib, çünki qeyd edilən dini icma dövlət qeydiyyatından keçmədiyinə görə keçirdiyi tədbirlər qanunsuz hesab edilir. Bununla yanaşı, Dövlət Komitəsi vurğulayıb ki, ötən iki il ərzində DQİDK-da 570 dini qurum yenidən və ya ilk dəfə dövlət qeydiyyatından keçib. Bundan başqa, 30 dini qurumun qeydiyyatına imtina sərəncamı verilib, lakin onlardan ikisi imtinaya səbəb olan nöqsanları aradan qaldırdığından qeydiyyatdan keçib.
“İndiki zamanda Azərbaycanda dini etiqad azadlığı tamamilə təmin edilir, dini durum sabitdir, ölkədəki dini tolerantlığın səviyyəsi yüksəkdir”, - deyə DQİDK vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət