Fransa uydurma “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutandan sonra artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında obyektiv vasitəçi hesab edilə bilməz. Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov belə hesab edir.
“Fransa ATƏT-in Minsk qrupu tərkibində gələcəkdə qalmaq üçün mənəvi hüququnu itirib”, - deyə O.Əsədov çərşənbə günü Milli Məclisin plenar iclası zamanı bəyan edib.
Spikerin sözlərinə görə, yaranmış vəziyyətlə əlaqədar “Azərbaycan milli, həmçinin Türkiyənin maraqlarının qorunması üçün lazım olan hər şey edəcək”. “Biz bunu nümayiş üçün etmirik”, - deyə O.Əsədov vurğulayıb.
Spiker qeyd edib ki, Azərbaycan Fransa barəsində cavab addımları atmaq üçün Senat tərəfindən qəbul edilən soyqırımların inkarının cəzalandırılması barədə qanunun səlahiyyətinə dair bu ölkənin Konstitusiya məhkəməsinin qərarını gözləyəcək. “Cavab vermək üçün bir az səbirli olub və Fransa Konstitusiya məhkəməsinin qərarını gözləmək lazımdır”, - deyə o bildirib.
Bununla yanaşı, O.Əsədov AŞPA-nın sədri Fransa senatoru Jan-Klod Minyonun soyqırımların inkarının cəzalandırılması barədə qanunun ləğv edilməsi üzrə ölkəsinin Konstitusiya məhkəməsinə müraciəti imzalayan Fransa parlament üzvləri arasında olmasına diqqət yetirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət