Ermənistan paytaxtının həqiqi görünüşünün canlandırılması üçün Azərbaycan qədim İrəvanın xəritələri və çertyojlarını təqdim etməyə hazırdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin Siyasi araşdırmalar və analitik təhlil sektorunun müdiri Fuad Axundov Ermənistan hakimiyyətinin öz paytaxtının qədim mərkəzini bərpa etmək niyyəti barədə məlumatları şərh edərkən bildirib.
Onun sözlərinə görə, Rusiyanın arxivlərində çoxlu sayda köhnə İrəvanın planları, çertyojları saxlanılır.
“Bundan başqa, məşhur avropa rəssamları Tavernye, Şardenin, xüsusilə rus rəssamları F.Rubo və Q.Qaqarinin xırdalıqlara qədər XIX əsr İrəvan qalasını təsvir edən şəkilləri var. Əgər İrəvanda həqiqətən şəhərin öncəki tarixi görünüşünü bərpa etmək istəyirlərsə, biz erməni tərəfinə bu şəkilləri və çertyojları nəzakətlə təqdim edə bilərik”, - deyə o bildirib.
“Mən Ermənistan mətbuatının yaydığı “Köhnə İrəvan” adlı layihə barədə eşitmişəm. Ancaq maraqlı budur ki, İrəvanın mərhələlərlə sovet və hazırki Ermənistanın müstəqilliyi dövründə erməni hakimiyyəti tərəfindən məhv edilən indiki orta əsrlərə aid mərkəzinin əvəzinə XIX əsrin sonu – XX əsrin əvvəlinin arxitekturasına oxşar nə isə yaradılacaq”, - deyə o bildirib.
Ancaq, onun sözlərinə görə, İrəvan dünyanın ən qədim şəhəri statusuna iddia edir. “Belə olduğu halda, onun qədim arxitektura abidələri haradadır və nə üçün məhz XIX əsrin sonu -XX əsrin başlanğıcına aid olan 20 binanı bərpa edilməlidir? Hesab edirəm ki, İrəvanda köhnə şəhərin simasının arxitektura-tarixi saxtalaşdırması üzrə böyük layihəyə başlanılır”, - deyə o bildirib.
“Bu dünya ictimaiyyətini aldatmaq və İrəvanın qədim görünüşü barədə müzakirələri başqa səmtə yönəltmək, onun tarixi görünüşə heç bir aidiyyatı olmayan şəklə salmaq cəhdidir”, - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
F.Axundovun fikrincə, orta əsrlərdə İrəvanın həqiqi görüntüsü Azərbaycan memarlığına aidiyyatı və tarixi mərkəzin əsl görünüşünün canlandırılması izahları ermənilər təxminən 8 min il bu regionda yaşadığlarını iddia edən erməni ideologiyasına ziddir.
“Buna sübut olaraq, İrəvan memarı Aleksandr Tamanyanın, 1924-cü ildə İrəvanın baş planı kimi təsdiq edilən layihəsi kimi xidmətləri qeyd edilən “Ermənistanın səsi” qəzetin son sayında qeyd etmək olar. Məqalənin müəllifi yazır ki, “Tamanyan köhnə fars-türk-çar rus şəhərini dağıtmaq və müasir Ermənistan paytaxtı tikmək niyyətində olduğunu gizlətmirdi”. Budur, bu da İrəvanın həqiqi simasını dağıdan və indi qədim İrəvanı öz anlayışlarına uyğun yenidən yaratmağa çalışan ermənilərin vandalizminin sübutudur”, - deyə F.Axundov bildirib.
“Dünyanın istənilən şəhərində XIX əsrin sonu - XX əsrin başlanğıcnıı əks etdirən binalar var, amma orada bununla çətin ki, lovğalanırlar. Tarixin həqiqi dəyəri və əhəmiyyətini daha qədim binalar təşkil edir. Qədim şəhərlərdə tarixi arxitekturalarına qayğı ilə yanaşırlar, ancaq İrəvanda erməni vandallarının cəhdlərinə görə belələri artıq tamamilə qalmayıb. İrəvan dünyada yeganə şəhərdir ki, burada qədim arxitektura məhv edilərək xarabalıqları üzərində simasız şəhər tikilib. Erməni vandallarının nailiyyətləri İrəvanı o qədər simasızlaşdırıb ki, indi onlara saxtalaşdırmalarla məşğul olmaq və dünyanın istənilən şəhərində olan XIX əsrin sonunun bir neçə binasının bərpa edilməsi barədə təntənəli surətdə elan etmək lazım gəlir”, - deyə F.Axundov vurğulayıb.
O qeyd edib ki, Ermənistan mətbuatının məlumatına görə, İrəvanın tarixi mərkəzinin bərpası layihəsi hələ 2005-ci ildə hazır olub. “Ancaq ermənilər yalnız indi fəallaşıblar ki, bunun da həmçinin izahları var. Belə ki, Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə beynəlxalq arenada və öz çıxışlarında vurğulayıb ki, hazırki Ermənistan Respublikası Azərbaycanın İrəvan xanlığının torpaqlarında yaradılıb və hazırda Ermənistanda Azərbaycanın bütün tarixi və mədəni abidələri məhv edilib.
Məhz Prezidentin bu təşəbbüsləri çərçivəsində Bakıda İrəvan qalasının 500 illiyi təntənəli surətdə qeyd edilib. Bu qalanın ilkin görünüşü məşhur rus rəssam batalisti Frans Rubonun 1893-cü ildə “İrəvan qalasının verilməsi 1 oktyabr 1827-ci il” şəklində təsvir edilib. Bu məhz XIX əsrin sonudur, bizim Ermənistan hakimiyyətinin layihəsindən sonra gördüyümüz kimi deyil, Rubo XIX əsrin sonunda İrəvanı bu cür görüb. İrəvan qalasının 500 illiyinə həsr edilən tədbirlər çərçivəsində erevangala500.com portalının təqdimatı keçirilib. Təqdimat mərasimində Tiflis və Bakı kimi qədim Qafqaz şəhərlərindən fərqli olaraq, İrəvanda “qədim” tarixi mərkəzin mövcud olmaması barədə aparıcı fikir səsləndirilib. Ehtimal ki, bundan sonra erməni hakimiyyətində İrəvanın tarixi mərkəzi “yenidən yaratmaq” ideyası ortaya çıxıb”, - deyə o bildirib.
1918-ci il mayın 29-da Azərbaycan Demokratik Respublikasının hökuməti Ermənistana 9,5 min kv kilometr ərazi ilə birlikdə İrəvan şəhərini güzəştə gedib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət