Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqların fəal mərhələsi yalnız 2014-cü ildə bərpa edilə bilər. Moskva Dövlət Universitetinin Postsovet Elmi-Tədqiqat Mərkəzinin baş direktoru, politoloq Aleksey Vlasov belə hesab edir.
“Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Soçidə keçirilən son görüşü protokol xarakteri daşıyıb, D.Medvedev həmkarları ilə vidalaşıb”, - deyə A.Vlasov cümə günü Bakıda keçirilən dəyirmi masada bəyan edib.
Onun sözlərinə görə, bu gün Rusiya üçün martın 4-nə nəzərdə tutulan prezident seçkiləri əsas mövzudur. “Buna görə Putin (RF-nin prezidentliyinə namizəd Vladimir Putin – İF-Az), seçilməsi halında, təxminən bir il ölkənin daxili problemləri ilə məşğul olacaq və bu tamamilə normaldır. Dağlıq Qarabağ münaqişəsinin həlli isə onun üçün ən mühüm məsələ olmayacaq”, - deyə o bildirib.
“2012-ci ildə Ermənistanda həmçinin prezident seçkiləri ilə məşğul olacaqlar, sonra Azərbaycanda prezident seçiləcək, bu səbəbdən bu məsələnin sıx həlli ilə yalnız 2014-cü ildə məşğul olacaqlar”, - deyə politoloq bildirib.
Tədbirdə iştirak edən Rusiya Dövlət Humanitar Universitetinin Qafqazşünaslıq Mərkəzinin rəhbəri İsmayıl Ağakişiyev qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yalnız prezidentlər səviyyəsində deyil, həm də vətəndaş cəmiyyəti səviyyəsində daha çox görüşlər keçirmək lazımdır.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət