Azərbaycanın Macarıstandakı səfirliyi Soyqırımlar və kütləvi qətllərin beynəlxalq səviyyədə qarşısının alınması Fondunun yardımı ilə Budapeştdə Xocalı soyqırımının 20-illiyinə həsr edilən beynəlxalq konfrans keçirib.
Bu barədə “İnterfaks-Azərbaycan” agentliyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Soyqırımların və kütləvi qətllərin qarşısının alınması təcrübəsi - Qərbi Balkan yarımadasında və Cənubi Qafqazda beynəlxalq yurisdiksiyanın rolu” konfransında ekspertlər Xocalı soyqırımı üzrə müzakirələr keçiriblər. Müzakirə iştirakçılar arasında
Avropa İttifaqının, Yuqoslaviya üzrə beynəlxalq tribunalın nümayəndələri, xarici diplomatlar, ictimai-siyasi xadimlər olub. Tədbirdə, xüsusilə, Azərbaycanın və Macarıstanın ombudsmanları Elmira Süleymanova və Mate Sabo çıxış ediblər
Tədbir zamanı iştirakçılar Xocalı və Srebrenitsa qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər. Konfrans iştirakçılarına Xocalı hadisələrinə həsr edilən film nümayiş etdirilib.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Nəticədə ən azı 613 nəfər qətlə yetirilib, onlardan - 106 qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır; 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət