Azərbaycan Avropa üçün tolerantlığın nümunəsi ola bilər. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru Aleksandr Şarovski məlumat verib.
“İnkişaf edən Avropa ölkələrində antisemitizm probleminin kəskin şəkildə durduğunu öyrəndə mən son dərəcə təəccübləndim”, - deyə Brüsseldə keçirilən Avropa Yəhudiləri Parlamentinin Müəssislər Məclisində iştirak etdikdən sonra A.Şarovski qayıdarkən bildirib.
Onun sözlərinə görə, üzvü olduğu Avropa Yəhudiləri Parlamenti mənfi hallara reaksiya verəcək və antisemitizmin təzahürlərinə hər vasitə ilə mane olacaq ictima
i güvvə təşkil edir.
“2011-ci ildə Avropa Yəhudi Tələbələr Birliyi yaradılıb, onlar təhsillə məşğul olub, portal yaradıblar və bunun ətrafında gəncləri birləşdiriblər, amma görünür bu onlara kifayət etməyib. Çünki antisemitizm artdığı üçün Avropada vəziyyət əlverişli deyil”, - deyə rejissor bəyan edib.
A.Şa
rovski həmçinin qeyd edib ki, dözüm, mənəvilik və antisemitizm mənasında Avropa cəmiyyətinin vəziyyəti ürəkaçan deyil, buna görə görünməmiş addım atılıb, 403 min nəfərin iştirak etdiyi səsvermə keçirilıb. Nəticədə 54 ölkədən Avropa Yəhudiləri Parlamentinin 120 üzvünü seçilib.
“Bu Avropa Şurasının binasında yerləşən tamamilə ayrı təşkilatdır. İclas zamanı Avropa Komissiyasının sədri Joze Manuel Barrozunun təbriki oxundu”, - deyə o qeyd edib.
“Avropada 3 mln. yəhudi yaşayır və 120 deputat arasına, Azərbaycandan mən və “Soxnut" yəhudi agentliyinin icraçı direktoru Lazar Sukerman daxil edilmişik”, - deyə A.Şarovski məlumat verib.
Bü tədbir zamanı bütün iştirakçıları bir-biri ilə tanış ediblər, daha sonra fikir mübadiləsi aparmağa imkan yaradılıb. “Mən bu cür inkişaf edən ölkələrdə antisemitizm məsələsinin çox kəskin durduğundan son dərəcə təəccübləndiyimi bildirdim. Azərbaycanda vəziyyətdən xəbər verərək onlara müxtəlif dini nümayəndələrin sülh və əmin-amanlıqda yaşadıqlarını nümunə gətirdim. Dini zəmində heç bir təcavüzkarlığın təzahürü olmayan Azərbaycanın tolerantlıq nümunəsi
“Aprelin sonunda biz yenidən görüş keçirməyi planlaşdırırıq. Burada artıq təşkilat strukturu müəyyən ediləcək, həmçinin forumun iştirakçıları təkliflər hazırlamalıdır, çünki baş verən hadisələrə hər hansı kollektiv baxış tələb olunur. Bu müzakirə Avropada vəziyyətin yaxşılaşması üçün hər hansı təkanlar verə bilər”, - deyə o bildirib.ola biləcəyini qeyd etdim”, - deyə rejissor bildirib.
Tədbirdən məlumat verərək, o qeyd edib ki, bu iclasda Rusiyanı həmkarlardan Emmanuil Vitorqan təmsim edib, “həmçinin tanış olmadığım bir çox alim, musiqiçilər iştirak edirdi”.
“Mənim siyasi təcrübəm yoxdur, mən nə isə oxumalı, problemin mahiyyətini dərk etməli, təhlil etməli və anlamalıyam, hansı təkliflər birləşdirici ola bilər. Bu gün dünyada irqçilik, millətçilik və antisemitizm probleminin olmaması, bu məsələlərin həllinə hər bir kəsin nə kimi töhfə verə biləcəyini nəzərdən keçirmək lazımdır. Bu çox mürəkkəb məsələdir”, - deyə A. Şarovski bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət