Azərbaycanda İran televiziyası üçün çalışan şəxslərin həbsləri onların jurnalist fəaliyyəti ilə bağlı deyil. Bu barədə Prezident Administrasiyası İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bəyan edib.
“Həbsləri İran televiziyasının fəaliyyəti ilə əlaqələndirməyə heç bir əsas yoxdur”, - deyə Ə.Həsənov İran televiziyası üçün çalışan Azərbaycan vətəndaşları olan Anar Bayramlı və Ramil Dadaşevın həbslərini şərh edərək “ANS” telekanalına bəyan edib.
Onun sözlərinə görə, A.Bayramlı Azərbaycan Xarici İşlər Nazirliyində jurnalist fəaliyyətini həyata keçirmək üçün akkreditasiyadan keçməyib. "Azərbaycanda akkreditasiyadan keçən İran televiziyasının jurnalistlərinin adları məlumdur. Onlar jurnalist vizalarını alıblar və ölkənin XİN-də bu jurnalistlər barədə müvafiq məlumat var”, - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
Buna görə, həbs edilən şəxslər “hətta İran televiziyası üçün çalışsaydılar belə, o zaman bu fəaliyyəti qanunsuz həyata keçiriblər, yəni akkreditasiya olmadan. Buna görə, heç kəs bu şəxslərin İran televiziyası üçün və ya jurnalist fəaliyyətinə görə həbs edildiklərini bildirə bilməz”, - deyə Ə.Həsənov vurğulayıb.
A.Bayramlı ötən şənbə günü narkotik maddənin saxlanılması və polisə müqavimət göstərilməsi ittihamları ilə polis əməkdaşları tərəfindən saxlanılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət