Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Xocalı faciəsi ilə bağlı reallıqları əks etdirən filmləri ictimaiyyətə təqdim edəcək. Bu barədə çərşənbə axşamı ARGTMŞ-nin mətbuat xidməti məlumat verib.
“Biz ilk növbədə Qaçqın və Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə birlikdə çəkilmiş “Böyük qayıdış” filmini təqdim edəcəyik. Bu filmdə ölkənin ərazi bütövlüyü bərpa edildikdən sonra Dağlıq Qarabağın yerli əhalisinin öz evlərinə qayıtması təsvir edilib. Film xaricdə də nümayiş etdiriləcək”,- deyə ARGTMŞ-nin baş katibi Orxan Ərəbov bildirib.
O.Ərəbovun sözlərinə görə, Xocalı faciəsinin ildönümü ilə əlaqədar ARGTMŞ faciə haqqında həqiqətləri əks etdirən məlumatları Azərbaycanda fəaliyyət göstərən yüzdən artıq beynəlxalq təşkilatın e-mail ünvanlarına və müxtəlif ölkələrin səfirliklərinə göndərəcək.
Bundan başqa, ARGTMŞ və Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası birlikdə “Kimdir günahkar” filmini təqdim edəcəklər.
Həftənin sonunda Dənizkənarı Milli Parkda Xocalı soyqrımının tanınmasına dəstək aksiyasının keçirilməsi planlaşdırılır. Aksiyada gənclər, millət vəkilləri, müxtəlif dövlət idarələri, səfirliklər və ölkədə fəaliyyət göstərən beynəlxalq şirkətlərin nümayəndələrinin iştirakı gözlənilir.
Xocalı şəhərində dinc sakinlərin kütləvi qətlə yetirilməsi Qarabağ müharibəsinin ən faciəvi hadisələrindən biridir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində evlərə yerləşdirilmiş 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Qadınlar, qocalar, əlillər, uşaqlar vəhşicəsinə öldürülüb. İndiyədək görünməmiş qəddarlıq nəticəsində adları məlum olan 613 nəfər qətlə yetirilib, onlardan 106 nəfəri qadın, 63-ü azyaşlı uşaq, 70-i qocalardır, 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət