2012-ci il yanvar ayında “Paşa Sığorta” Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri arasında sığorta haqları üzrə lider olub. Bu barədə Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin saytında dərc edilən məlumatda bildirilir.
DSNX-nin məlumatına görə, 2012-ci ilin yanvar ayında “Paşa Sığorta”nın sığorta haqqı yığımı 20 mln. 788,225 min manat və ya hesabat dövrü ərzində sığortaçıların bütün haqlarının 56,18%-i təşkil edib.
Hesabat ayının yekunlarına görə yığılan haqların həcmi üzrə 10 aparıcı sığorta şirkətlərinin sayına həmçinin daxildir: “Atəşgah Həyat” (3 mln. 90,584 min manat), “AzSığorta” (1 mln. 929,419 min manat), “Atəşgah” (1 mln. 658,664 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (1 mln. 595,241 min manat), “Xalq Sığorta” (1 mln. 347,950 min manat), “AXA MBASK” Sığorta Şirkəti (913,739 min manat), Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (891,338 min manat), “Standard Insurance” (972,216 min manat) və “A-Qroup Sığorta Şirkəti” (867,514 min manat).
DSNX-nin məlumatına görə, ümumilikdə 2012-ci ilin yanvar ayı ərzində bazarda fəaliyyət gğöstərən 29 sığorta şirkətindən 27-si sığorta haqları alıb.
Hesabat dövründə sığorta şirkətləri arasında ən çox ödəniş həcmi ““İpək Yolu Sığorta” şirkətinin payına düşüb. Onun ödəmələri 864,595 min manat və ya bütün ödənişlərin 19,65%-i təşkil edib.
Həyata keçirilən ödənişlər üzrə 10 aparıcı sığorta şirkətlərinin sayına həmçinin daxildir: “AXA MBASK” Sığorta Şirkəti (618,264 min manat), “Beynəlxalq Sığorta Şirkəti” (440,152 min manat), Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti (436,242 min manat), “A-Qroup Sığorta Şirkəti” (326,365 min manat), “Atəşgah” (429,745 min manat), “AtaSığorta” (243,092 min manat), “AzSığorta” (183,327 min manat), “Alfa Sığorta” (170,408 min manat) və “Xalq Sığorta” (121,737 min manat).
DSNX-nin məlumatına görə, 2012-ci ilin yanvar ayında 24 sığorta şirkəti ödənişlər həyata keçirib.
DSNX-nin məlumatına görə, 2012-ci ilin yanvar ayı ərzində sığortaçıların ümumi sığorta haqları 35 mln. manat, ödənişləri - 4 mln. 399,458 min manat təşkil edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət