Ermənistan prezidenti Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması məsələlərində qeyri-konstruktiv mövqe nümayiş etdirir. Bu barədə Milli Məclisinin deputatı Azay Quliyev bəyab edir.
“Ötən həftə İrəvanda Avronest Parlament Assambleyasının nümayəndə heyətini qəbul edən Ermənistan prezidenti Serj Sarqsyan tərəfindən hər hansı bir formada sülhə yaxınlaşdıran ya konstruktiv məcraya yönəldilən mövqe müşahidə olunmayıb”, - deyə A.Quliyev çərşənbə axşamı Bakıda keçirilən mətbuat konfransında bəyan edib.
Ermənistan prezidenti ilə görüşdə iştirak edən Azərbaycan parlament üzvü qeyd edib ki, "S.Sarqsyanın sözləri (Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində – İF-Az) bizə Ermənistanın bu problemin həllində konstruktivlikdən uzaq olduğunu anlamağa imkan verib”.
A.Quliyev həmçinin məlumat verib ki, bu görüş zamanı Litva deputatı Azərbaycan ərazilərindən qovulan şəxslərin hüquqlarının necə qorunacağı barədə məsələ qaldırıb. “Serj Sarqsyan bu suala cavab verməkdən yayınıb”, - deyə parlament üzvü təsdiq edib.
“Görüş zamanı S.Sarqsyanın qarşısına həmçinin, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün hər hansı çərçivələri müəyyən edə bilərmi sualı qoyuldu. Təəssüf ki, biz bu suala da cavab almadıq”, - deyə A.Quliyev bildirib.
Azərbaycan deputatları Azay Quliyev, Rövşən Rzayev və Farac Quliyev bu il fevralın 21-dən 23-dək Ermənistanda keçirilən Avronest Parlament Assambleyasının Sosial komitəsinin iclasında iştirak ediblər.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət