Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ümid edir ki, 2012-ci ildə ATƏT-in Minsk qrupuna həmsədr ölkələrdə, həmçinin Ermənistanda keçiriləcək prezident seçkiləri Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında durğunluğa səbəb olmayacaq.
“Bu ölkələrdə qarşıdan gələn seçkiləri nəzərə alaraq, düşünürəm ki, bu il kifayət qədər mürəkkəb olacaq (danışıqlar üçün – İF-Az). Digər tərəfdən, biz Ermənistan daxil olmaqla, tərəfdaşlarımıza bu dövrdən problemin həllini təxirə salmaq üçün deyil, etibar tədbirlərinin gücləndirilməsi təşəbbüsləri hesabına qarşılıqlı anlaşmanı artırmaq üçün istifadə etməyi təklif edirik”, - deyə E.Məmmədyarov cümə günü Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv ölkələrin beyin mərkəzlərinin III forumununda çıxışında bildirib.
“Hesab edirəm ki, qısamüddətli olmasa belə, o zaman ortamüddətli dövr ərzində biz erməni liderlərinin diqqətini münaqişənin həllinin yalnız onların xeyrinə olacağına yönəltmək üçün arqumentlər tapacağıq. İnanıram ki, biz müsəlman dünyasının ölkələrinin köməyi ilə buna nail ola biləcəyik”, - deyə o bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Ermənistan istisna olmqla, qonşuları ilə sülh şəraitindədir. Ermənistan qoşunları işğal edilən ərazilərdə qalmağa davam edir, hərçənd ki, BMT TŞ-nin 20 il öncə qəbul etdiyi qətnamələr onların şərtsiz olaraq çıxarılmasını tələb edir.
Nazir qeyd edib ki, bu mənada dünya ictimaiyyəti ikili standart siyasətini aparır. “Niyə BMT TŞ-nin bəzi qətnamələri dərhal, praktiki olaraq bir neçə gün ərzində reallaşdırır, lakin Ermənistanla əlaqədar bu baş vermir, hərçənd ki, hər kəs işğal və etnik təmizləmə faktını qəbul edir?”, - deyə E.Məmmədyarov sual verib.
Nazir təəssüflə bildirib ki, Ermənistan münaqişənin həllinə dair yenilənən Madrid prinsiplərini rədd edib və həmçinin, Rusiyanın sülh təşəbbüsləri uğur gətirməyib. “Ermənistan qoşunları çıxarmağa razılaşmadan regionda status-kvonu saxlamağa çalışır. Əlbəttə, hər kəs bir dövlətin qoşunlarının digərinin ərazisində mövcudluğunun yolverilməzliyini qəbul edir. Biz hesab edirik ki, Dağlıq Qarabağ ətrafındakı rayonların ərazisindən erməni qoşunlarının çıxarılması nizamlanma prosesinin uğurla irəliləyişi üçün şərait yaratmağa imkan verəcək”, - deyə o bildirib. Onun sözlərinə görə, bu regionda vəziyyəti proqnozlaşdırmağa imkan yaradacaq.
E.Məmmədyarov qeyd edib ki, dünya ictimaiyyəti qoşunların təmas xəttində atışmalardan narahatdır, lakin eyni zamanda, hər kəs qəbul edir ki, buna səbəb erməni qoşunlarının Azərbaycan ərazisində mövcudluğudur. .
“Azərbaycan beynəlxalq normalara uyğun olaraq, öz ərazisini xarici qoşunlardan təmizləmək, orada suverenliyini bərpa etmək üçün bütün vasitələrdən istifadə etmək hüququna malikdir”, - deyə E.Məmmədyarov vurğulayıb. Bununla yanaşı, o qeyd edib ki, Bakı Dağlıq Qarabağın işğalının dayandırılması və hüquqi statusunun təyini problemlərinin sülh və demokratik yolla həll ediləcəyinə ümid edir.
E.Məmmədyarov məlumat verib ki, Azərbaycanın BMT Təhlükəsizlik Şurasna qeyri-daimi üzv seçilməsi ölkənin üzərinə əlavə məsuliyyət qoyur, çünki Bakı qlobal vacib problemlərin həllinə cəlb edilmiş olur. “Hər birimizin Yaxın Şərqdə, xüsusilə Suriyada baş verənlər barədə məlumatı var. Bu vəziyyətdə, Azərbaycan hamı üçün etibarlı tərəfdaş olmağa çalışır”, - deyə o bəyan edib.
Nazir qeyd edib ki, Azərbaycan yalnız energetika sahəsinə deyil, həm də nəqliyyata böyük diqqət ayırır.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət