Azərbaycan, Türkiyə və İranın xarici işlər nazirləri Elmar Məmmədyarov, Əhməd Davudoğlu və Əli Əkbər Salehi çərşənbə günü üçtərəfli görüşün yekunları üzrə Naxçıvan bəyannaməsi imzalayıblar. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri imzalanma mərasimindən məlumat verir.
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov belə görüşlərin səmərəli olduğuna əminlik bildirib. “İnanıram ki, belə görüşlər çox səmərəlidir”, - deyə o, bəyannamənin imzalanmasından sonra bildirib.
Nazirin sözlərinə görə, üçtərəfli formatda növbəti görüş Türkiyənin Van şəhərində keçiriləcək.
Nazirin sözlərinə görə, üçtərəfli formatda növbəti görüş 2012-ci ilin sentyabr ayında Türkiyənin Van şəhərində keçiriləcək.
“Biz regionda sülh və sabitliyin bərqərar olmasını istəyirik. Biz Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq sülh yolu ilə nizamlanmasını istəyirik”, - deyə İran XİN başçısı Əli Əkbər Salehi bildirib.
Azərbaycan-İran münasibətlərinin pisləşməsi barədə sualı cavablandırarkən nazir qeyd edib ki, “tərəflər təhlillərini KİV-in məlumatlarına əsaslanaraq aparmamalıdırlar”. “Əmin olun ki, bizim münasibətlərimiz günü-gündən möhkəmlənəcək”, - deyə o vurğulayıb.
E.Məmmədyarov öz növbəsində bildirib ki , “bu gün imzalanan üçtərəfli bəyannamədə bir çox suallara cavab tapmaq olar”.
İran XİN başçısı həmçinin, regional problemlərin həlli üçün Azərbaycan-İran-Türkiyə üçtərəfli formatının vacibliyini qeyd edib. “Bizim ölkələrimizin tarixi əlaqələri qırılmazdır. Biz bir ağacın üc qolu, üç bədəndə bir ruh kimiyik”,- deyə iranlı diplomat vurğulayıb.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bildirib ki, üç ölkə üçtərəfli əməkdaşlığı genişləndirməklə digər region ölkələrinə bir növ ismarıc göndərirlər. ”Ümid edirəm ki , yaxın vaxtlarda bizim regionun bütün problemləri həll olunacaq, BMT-nin qətnamələrinə uyğun olaraq Azərbaycan ərazisinin işğalına son qoyulacaq və Qafqaz regionunda Gürcüstan, Ermənistan və Rusiyanın iştirakı ilə yeni vacib dövr başlanacaq”,- deyə Türkiyənin xarici işlər naziri bildirib.
O qeyd edib ki, görüşdə nazirlər “öz münasibətlərində yeni dövrün əsasını qoyublar. İmzalanan bəyannaməyə əsasən siz görəcəksiniz ki, bizim bir çox məsələlərdə mövqelərimiz ümumidir.”,- deyə o bildirib.
Salehi öz növbəsində deyib ki, mövqelərin üst-üstə düşməsi üçün daimi məsləhətləşmələr aparılacaq.
“Ümumi əhalisi 170 mln. nəfər təşkil edən Azərbaycan, İran və Türkiyə əlverişli bazar yarada bilər”,- deyə o qeyd edib.
Bundan əvvəl nazirlər ikitərəfli və üçtərəfli formatlarda təkbətək danışıqlar aparıb, həmçinin, geniş tərkibdə üçtərəfli görüş keçiriblər.
AccessBank QMatic alışı üzrə tender elan edir
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət