Azərbaycan Prezidenti Ilham Əliyev keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları barədə fərman imzalayıb.
Rəsmi mətbuatın məlumatına görə, dövlət rəhbərinin təsdiq etdiyi fərmana əsasən, fərdi birdəfəlik ödəmələr 1992-ci il 1 yanvar tarixinə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankında və həmin bankın hüquqi varisi “Kapital Bank” ASC əmanəti olan əmanətçilərə veriləcək.
Ödənişlərin verilməsi 2012-ci ilin iyun ayından başlamalı və 2013-cü il dekabrın 31-də başa çatmalıdır. Bu proses “Kapital Bank” ASC tərəfindən həyata keçirilməlidir.
Dövlət rəhbəri fərmanında Nazirlər Kabinetinə 15 gün ərzində birdəfəlik ödəmənin verilməsi zamanı mübahisəli məsələlərə baxmağı təpşırıb. Bundan başqa, dövlət orqanlarının iştirakı ilə ümumi nəzarəti həyata keçirmək üçün Maliyyə Nazirliyi nəzdində Xüsusi Komissiyanın yaradılması nəzərdə tutulur.
Maliyyə Nazirliyinə “Kapital Bank” ASC –nin sorğuları və Xüsusi Komissiyanın rəyi əsasında dövlət büdcəsindən birdəfəlik ödəmənin maliyyələşdirilməsini təmin etmək, ödəmə prosesində əmanətçilərin müraciətlərinə operativ surətdə baxılması tapşırılıb. Bu məqsədlə Prezident Maliyyə Nazirliyi nəzdində “qaynar xətt”in təşkilini tapşırıb.
Prezidentin təsdiq etdiyi Qaydalara əsasən, birdəfəlik ödəmə, əmanət qalığının məbləğindən asılı olaraq, aşağıdakı qaydada hesablanır: əmanət 2 min rubla qədər olduqda (0,04 manat), əmanət qalığının hər bir qəpiyi üçün 75 manat əmsal tətbiq ediləcək.
Əmanət 2 mindən 5 min rubla qədər olduqda (0,04 manatdan 0,1 manata qədər) - 300 manat + 0,04 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 50 manat.
Əmanət 5 mindən 10 min rubla qədər olduqda (1 manatdan 0,2 manata qədər) - 600 manat + 0,1 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 40 manat.
Əmanət 10 min rubldan yuxarı olduqda (0,2 manatdan) – 1min manat + 0,2 manatdan artıq olan əmanət qalığının hər bir qəpiyinə 25 manat.
Fərmana əsasən, birdəfəlik ödəməni almaq üçün 2012-ci il dekabrın 31-nə qədər Nazirliyinə “Kapital Bank” ASC-yə müraciət etmək lazımdır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət