ABŞ Cənubi Qafqaz regionu ilə bağlı uzunmüddətli strategiya hazırlamalıdır. Bu barədə Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Vaşinqtonda “Xəzər hövzəsində inkişafın perspektivləri: ABŞ-la diplomatik münasibətlərin iyirmi illiyi” mövzusunda konfransda bəyan edib.
Səfirliyin mətbuat xidmətindən verilən məlumata görə, martın 27-də keçirilən konfransda E.Süleymanov bildirib ki, Cənubi Qafqazın hərtərəfli inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır.
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə keçirilən konfransda beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri, amerikalı politoloqlar - Ariel Kohen, Frederik Star, Januş Buqayski, Qlen Hovard və başqaları iştirak ediblər. F.Star və A.Kohen çıxışlarında Azərbaycanın regionda artan rolu barədə yekdil fikirlərini bölüşərək, Azərbaycanın enerji təhlükəsizliyinin təminində və ekstremizm və terrorçuluğa qarşı mübarizədə töhfəsindən bəhs edib, bu yaxınlarda İsrail və ABŞ vətəndaşlarına qarşı sui-qəsdin qarşısının alınmasının təqdirəlayiq hal olduğunu xüsusilə vurğulayıblar.
BP-nin Vaşinqtondakı ofisinin baş direktoru Q.Saunders isə Azərbaycanı Avropanın enerji tələbatının ödənilməsi və enerji təhlükəsizliyinin təminində mühüm rolunu qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət