Bakıda “Azərbaycanlıların soyqırımı: qanlı tarixin salnaməsi” kitabının təqdimatı keçirilib. Bu barədə tədbirdən "İnterfaks-Azərbaycan" agentliyinin müxbiri məlumat verib.
“Ötən il biz ölkə müstəqilliyinin bərpasının 20-ci ildönümünü qeyd etdik. Bu illər ərzində Azərbaycan regionun ən sabit, güclü respublikasına çevrilib. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli üçün çox şey etdik, xüsusilə, Xocalıda baş verən hadisələr və ümumilikdə Dağlıq Qarabağ münaqişəsi haqqında reallığı dünya ictimaiyyətinə çatdırdıq”, - deyə Milli Məclisin deputatı Bəxtiyar Sadıqov cümə axşamı Bakıda keçirilən kitabın təqdimatında bildirib.
Onun sözlərinə görə, dünya bilir ki, erməni təcavüzkarları yerli əhaliyə qanlı divan tutaraq Azərbaycan torpaqlarını işğal ediblər. “Baxmayaraq ki, ölkənin ərazi bütövlüyünü bərpa edə bilmədik, biz bu problemə dünya cəmiyyətinin münasibətini dəyişdirdik və yaxın gələcəkdə ərazi bütövlüyü bərpa ediləcək”, - deyə o bəyan edib.
“Xocalıda baş verən hadisələr beynəlxalq cəmiyyətdə lazımi hüquqi qiymət almalıdır və hər bir azərbaycanlı bunun üçün əlindən gələni etməlidir. 1905-ci ildə Azərbaycanın soyqırımının tanınması kimi, biz bu ədalətə nail olmalıyıq. Lakin, hazırda bu hadisələr yalnız bizim yaddaşımızda yaşayır, bu kifayət deyil”, - deyə Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov təqdimatda bildirib.
Onun sözlərinə görə, bu cür qanlı hadisələr müxtəlif xalqlarla baş verir və onları unutmaq olmaz. “Biz müxtəlif beynəlxalq ensiklopediyalar və elmi nəşrlərdə bu hadisələrin təsvir edilməsinə nail olmalıyıq. Ermənilərə yalan məlumat verməyə və dünya cəmiyyətini aldatmağa imkan vermək olmaz”, - deyə Ə.Həsənov qeyd edib.
Kitabın ideyası Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən irəli sürülüb, redaktor – Ə.Həsənovdur.
1998-ci ildən etibarən 31 mart tarixi Azərbaycanda dövlət səviyyəsində Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Rəsmi məlumata əsasən, 1905-1907-ci illərdə Rusiyada baş verən inqlab proseslərindən istifadə edərək ermənilər Bakı, Şuşa, Zəngəzur, İrəvan, Naxçıvan, Ordubad, Eçmiadzin, Cavanşir və Qazaxda azərbaycanlalıların planlaşdırılan şəkildə milli qırğınını həyata keçiriblər. 1918-ci il mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Muğan, Lənkəranda ermənilər 50 mindən artıq azərbaycanlını öldürüblər, evlərini talan ediblər, on minlərlə insanı doğma yurdlarından qovublar. Yalnız Bakıda təxminən 30 min azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilib.
Azərbaycanlılar barəsində törədilən son soyqırım aktlarından biri Xocalıda baş verən hadisələrdir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı birləşmələri keçmiş SSRİ-nin Xankəndi şəhərində yerləşdirilən 366-cı motoatıcı alayının ağır texnika və şəxsi heyətinin dəstəyi ilə Xocalını zəbt ediblər. Nəticədə 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca vəhşicəsinə öldürülüb; səkkiz ailə tamamilə məhv edilib; 487 nəfər əlil olub, 1275 nəfər əsir götürülüb, 150 nəfər isə itkin düşüb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət