Bu yaxınlarda Amerika jurnalisti Mark Perrinin İsrailin İrana zərbələr üçün Azərbaycan ərazisindən istifadə etmək niyyəti haqqında məqaləsi tam uydurmadır. Bu barədə Azərbaycanın ABŞ-dakı səfirliyini bəyan edib.
“Foreign Policy” jurnalı nəşrdəki M.Perrinin qeyd edilən məqaləsinə Azərbaycanın Vaşinqtondakı səfirliyinin məsləhətçisi Nərgiz Qurbanova adından etiraz məktubunu dərc edib. Məktubda səfirliyin nümayəndəsi qeyd edir ki, “Mark Perrinin son dərəcə fitnəkar və əsassız “İsrailin gizli əməliyyat meydanı” məqaləsini böyük təəccüblə oxudum”.
“Müəllif adsız mənbələrə və kifayət qədər dolaşıq şərhlərə əsaslanan çoxsaylı ittihamlar irəli sürür. Aydındır ki, İsrail və Azərbaycanın dostluq münasibətlərindən məyus olan Perri, bəzi səbəblərdən, Azərbaycan və yəhudi xalqları arasında tarixi dostluğu İrana qarşı müharibəyə hazırlıq kimi şərh edir. Bu əsassız ittiham coğrafiya nöqteyi-nəzərdən tam mənasızdır - Azərbaycan İsraillə həmsərhəd deyil və ölkənin istənilən qonşu dövlətə qarşı öz ərazisindən istifadənin yol verilməməsi barədə aydın şəkildə qısaca və dürüst ifadə edilən siyasətinə ziddir”, - deyə N.Qurbanova vurğulayır.
“Azərbaycanın həqiqətdə regionda sülhə yardıma olan sadiqliyi ölkənin beynəlxalq səviyyədə tanınan ərazisinin işğalına baxmayaraq, son iki onillik ərzində Ermənistanla aparılan danışıqlara cəlb edilməsi ilə nümayiş edilib. Perrinin məqaləsi - maraqlı bədii əsərdir. O, xüsusi siyasi maraqlara və ya parlaq təxəyyüllə şərtləndirilib, sizin nəşriniz bu cür ehtikar məqalə üçün qəribə seçimdir”, - deyə Azərbaycan səfirliyinin nümayəndəsi qeyd edir.
weXəbər verildiyi kimi, Azərbaycan Prezidentinin Administrasiyası İsrailin İrana qarşı güman edilən kampaniyasında respublikanın iştirak etmək niyyəti barədə fərziyyələri əsassız olduğunu bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət