Azərbaycan Prezidenti İlham Əliyev müdrik, tolerant siyasətə görə ataman Anton Qolovatı adına ordenlə təltif edilib. Bu barədə Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı Viktor Mereşkin çərşənbə axşamı “İnterfaks -Azərbaycan”agentliyində keçirilən mətbuat konfransında bildirib.
“İlham Əliyevin müdrik, tolerant siyasəti vətənimizin parlaq gələcəyinə xidmət edir. Bununla əlaqədar biz ölkə prezidentini ataman Qolovatı adına ordenlə mükafatlandırmaq qərarına gəldik”,- deyə V.Mereşkin qeyd edib.
“Azərbaycan Kazakları Həmyerlilər Birliyinin qərarı ilə elmin inkişafına böyük töhfələrinə və kazakların inkişafına böyük şəxsi töhfələrinə , kazak tarixi, mədəni və vətənpərvərlik dəyərlərin dirçəlişinə köməyinə , ekstremizm və terrorizmə qarşı mübarizəyə görə Azərbaycan Prezidenti İham Əliyev Anton Qolovatı adına ordenə layiq görülüb”,- deyə mükafatın vəsiqəsində bildirilir.
Ataman Qolavatı adına orden Ukrayna prezidenti Viktor Yanukoviçə də verilib. Rusiya Federasiyasının yeni seçilən prezidenti Vladimir Putinə də bu orden təqdim ediləcək.
Bununla yanaşı, Azərbaycan Kazakları Həmyerlilər Birliyinin atamanı jurnalistlərə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev kazakların yüksək mükafatı “Qızıl ulduz” ordeninə də layiq görülüb
“ Ukrayna kazakları tərəfindən təsis edilən “Qızıl ulduz “ ordeni Azərbaycan Prezidentinə Azərbaycan kazaklarının dirçəlişində və inkişafındakı xidmətlərinə görə veriləcək. Kazakların bu yüksək ordeninə əvvəllər Ukraynanın eks-prezidenti Viktor Yuşenko və hazırki prezident Viktor Yanukoviç layiq görülüb.Biz dövlətimizin rəhbərinə bu mükafatın veriləcəyinə çox şadıq”,- deyəV.Mereşkin söyləyib.
V.Mereşkin qeyd edib ki, kazaklar həmişə dövləti dəstəkləyiblər.”Biz Azərbaycandakı vəziyyət, ölkənin işğal edilmiş əraziləri barəsində bütün həqiqətlər barəsində məlumat vermişik. Rusiya və Ukrayna kazakları ədalət, respublikanın ərazi bütövlüyü tərəfdarıdırlar.Biz həmişə qeyd etmişik ki, Azərbaycanda bütün xalqların nümayəndələrinə çox tolerant yanaşılır”,- deyə o əlavə edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət