Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün fəal səy göstərir. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
“Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və Azərbaycan Rusiya tərəfinin Dağlıq Qarabağ münaqişəsinin həlli üçün səylərini nəzərə almaya bilməz”, - deyə O.Əsədov cümə günü Milli Məclisin plenar iclasında bildirib.
Rusiyanın xarici işlər naziri Serqey Lavrovun Dağlıq Qarabağ üzrə BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin yerinə yetirilmiş hesab etmək olar bəyanatına narazılığını bildirən müxalifət deputatı Qüdrət Həsənquliyevin sözlərinə cavab verərək, O.Əsədov xatırladıb ki, Rusiya prezidenti Dmitri Medvedevin vasitəsilə son illər ərzində Azərbaycan və Ermənistan başçıları arasında on görüş təşkil edilib. “Biz Rusiya tərəfinin bu səylərini nəzərə almalıyıq”, - deyə spiker vurğulayıb.
Eyni zamanda, “Ana Vətən” partiyasından olan deputat Zahid Oruc Milli Məclisə “Dağlıq Qarabağ haqqında” qanun qəbul etməyi təklif edib. “Bu cür qanun Ermənistanda qəbul edilib, buna görə həmçinin Azərbaycan analoji qanun layihəsini qəbul etməlidir”, - deyə parlament üzvü öz təklifini əsaslandırıb.
Z.Orucun fikrincə, bu qanun layihəsində Dağlıq Qarabağın əhalisinin məsələləri, bu regiona səfərlər və s. əks edilməlidir.
Bakı və İrəvan arasında münaqişə 1980-ci illərin sonlarında Ermənistanın Azərbaycana ərazi iddialarından başlayıb. 1994-cü ilin mayına qədər davam edən müharibə nəticəsində Ermənistan təkcə Dağlıq Qarabağı deyil, onun ətrafında olan Azərbaycanın 7 rayonunu da işğal edib. Bu hadisələr nəticəsində 1 mln.-a yaxın azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilib. Qarabağda və ətraf rayonlarda hərbi əməliyyatlar dövründə BMT-nin Təhlükəsizlik Şurası Azərbaycanın işğal altında olan torpaqlarının qeyd-şərtsiz azad edilməsi haqqında dörd qətnamə qə bul edib. Hazırda tərəflər arasında ATƏT-in Minsk Qrupunun vasitəçiliyi ilə Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar aparılır. ATƏT-in Minsk Qrupunun həmsədrləri ABŞ, Rusiya və Fransadır.
Dağlıq Qarabağın statusu bu region üzrə danışıqlara əngəl törədir. Vasitəçilər problemin həllində beynəlxalq hüququn iki prinsipini - Bakının əsaslandığı ərazi bütövlüyünü və İrəvanın mövqeyini əks etdirən xalqların öz müqəddəratını təyin etmə hüququnu bir araya gətirməyə çalışırlar.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət