Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruya bilmək üçün kifayət qədər gücə malikdir. Bu barədə Milli Məclisin müdafiə və təhlükəsizlik parlament komitəsinin sədr müavini Aydın Mirzəzadə bəyan edib.
“Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruya bilmək üçün kifayət qədər gücə malikdir və hər hansı qüvvələrə ölkənin daxili işlərinə müdaxilə etmək və onu hansısa dövlətin forpostuna çevirməyə imkan verməyəcək”, - deyə A.Mirzəzadə “İnterfaks-Azərbaycan” agentliyinə bu yaxınlarda Azərbaycanın xüsusi xidmət orqanlarının, respublika ərazisində terror aktları niyyətində olan, həmçinin İranla bağlı olan bir neçə silahlı qrupun zərərsizləşdirilməsini şərh edərək bəyan edib.
Parlament üzvü qeyd edib ki, Azərbaycanın daxilində isə belə təhlükələrin aradan qaldırılması mexanizminin mövcudluğu ilk növbədə ölkənin daxili və xarici siyasi kursunun düzgün şəkildə yürüdülməsi ilə sıx bağlıdır. “Belə siyasət dövləti möhkəmlədir, onu güclü edir. Hesab edirəm ki, bir-birinin ardınca bir neçə dağıdıcı-terrorçu qruplaşmanın ifşa edilməsi həm ölkənin daxili gücünün mövcudluğunu sübuta yetirir, həm də Azərbaycanın xarici düşmənləri üçün özünəməxsus siqnal rolu oynayır”, - deyə o bildirib.
A.Mirzəzadənin sözlərinə görə, bəzi xarici qüvvələr vaxtaşırı olaraq Azərbaycanın müstəqilliyinə xələl gətirməyə, ölkəni daxildən parçalanmalara məruz qoymağa çalışırlar. “Lakin ölkənin xüsusi xidmət orqanları belə cəhdlərin qarşısını müvəffəqiyyətlə alır, qarşılarına qoyulan vəzifələrin öhdəsindən uğurla gəlirlər”, - deyə parlament üzvü bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət