Azərbaycan Mətbuat Şurası mayda Bakıda keçiriləcək “Eurovisionn” mahnı müsabiqəsinin iştirakçı ölkələrinin jurnalistlərinə və Avropa Yayım İttifaqına müraciətlə çıxış edib.
“Azərbaycanın 2011-ci ildə Düsseldorfda mahnı müsabiqəsində qələbəsindən sonra bəzi mətbuat orqanlarında müntəzəm olaraq yoxlanmamış məlumat yayılır. Guya Azərbaycanda insan hüquqları pozulur, söz azadlığı sahəsində problemləri baş verir”, - deyə Mətbuat Şurası müraciətdə qeyd edir.
Sənəddə vurğulanır ki, hazırda Azərbaycanda 4,7 mindən çox mətbu orqan fəaliyyət göstərir, bunların arasında, təxminən 400 qəzet, 30-dan çox informasiya agentliyi və 50-dən artıq elektron kütləvi informasiya vasitələri var. Ölkədə dövlətin mətbuat orqanlarına dəstəyini sübüt edən bir neçə fərman imzalanıb. “Biz söz azadlığını təmin etməyə çalışırıq və bununla əlaqədar Avropa Yayım İttifaqı ilə əməkdaşlıq edirik”, - deyə Mətbuat Şurası vurğulayır. Şura dünya mətbuatını obyektivliyə və Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-ni işğal edilməsi və bununla bağlı problemlərə böyük diqqət ayırmağa çağırıb.
Bununla yanaşı, müraciət qeyd edilir ki, bəzi mətbuat orqanları Bakıda keçiriləcək “Eurovision” müsabiqəsini siyasiləşdirməyə çalışır. “Biz sizi yalan məlumat verməkdə iştirak etməməyə çağırırıq və obyektivliyinizə inanırıq”, - deyə Mətbuat Şurasının Əflatun Amaşev cümə axşamı “Eurovision-2012”: yerli və xarici mətbuatda Azərbaycan reallıqları” mövzusunda “dəyirmi masa”nın iclasında Avropa ölkələrinin jurnalistlərinə müraciətindən sitat gətirib.
“Təəssüf ki, “Eurovision”un işıqlandırmasına bir sıra xarici və yerli mətbuat orqanları qərəzli münasibət bəsləyir. Bu ikili standartları təsdiq edir və biz bununla barışmaq istəmirik. Bu müsabiqənin siyasiləşdirilməsini istəmirik, çünki bu mədəni tədbirdir. Bizim məqsədimiz - Azərbaycan haqqında obyektiv informasiya verməkdir”, - deyə Azərbaycan parlamentinin deputatı, “Azərbaycan” qəzetinin baş redaktoru Bəxtiyar Sadıxov iclasda bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət