Azərbaycan hökuməti ABŞ-a Cekson-Venik və “907-ci düzəliş”ləri ləğv etməyi təklif edir. Bu barədə Maliyyə Nazirliyinin saytında yerləşdirilmiş məlumatda deyilir.
Aprelin 18-də Vaşinqtonda İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-ABŞ Hökumətlərarası Komissiyanın III iclası başlayıb.
İclasda Azərbaycan Respublikası tərəfindən komissiyanın həmsədri, maliyyə naziri Samir Şərifov qeyd edib ki, ki, Azərbaycan və ABŞ strateji tərəfdaşdır. O bildirib ki, Prezident İlham Əliyev Hökumətlərarası Komissiyanın üzvlərinə ikitərəfli əlaqələrin daha da genişləndirilməsi üçün səyləri artırmğı tapşırıb.
Bununla yanaşı, nazir ABŞ tərəfindən 1992-ci ilin oktyabr ayında qəbul edilmiş "Azadlığın dəstəklənməsi aktı" qanununa “907-ci düzəliş”in hələ də qüvvədə olduğunu təəssüflə qeyd edən S.Şərifov vurğulayıb ki, Azərbaycan ABŞ-ın strateji tərəfdaşıdır və “907-ci düzəliş”in hələ də qüvvədə qalması iki dövlət arasındakı münasibətlərə adekvat deyil.
O əlavə edib ki, Azərbaycan köhnəlmiş Cekson-Venik düzəlişi ilə əlaqədar diskriminasiyaya məruz qalır. Dövlət Departamenti tərəfindən Konqres qarşısında məsələ qaldırılmalı və bu düzəlişin ləğv edilməsinə nail olunmalıdır.
İclasda bildirilib ki, Tərəflər iki ölkə arasında siyasi və iqtisadi əməkdaşlıq sahələrində ciddi irəliləyişlərə nail olunub.
Öz növbəsində, ABŞ tərəfindən komissiyanın həmsədri, dövlət katibinin iqtisadi inkişaf, energetika və ətraf mühit məsələləri üzrə müavini Robert Hormats vurğulayıb ki, iki ölkə təkcə enerji sahəsində deyil, qeyri-neft sektorunun ortaq maraqlara cavab verən istiqamətləri üzrə də əməkdaşlığı genişləndirməlidir. Onun sözlərinə görə, Azərbaycanın əlverişli coğrafi mövqeyi beynəlxalq nəqliyyat dəhlizi kimi ölkənin əhəmiyyətini daha da artırır.
R.Hormats Birləşmiş Ştatlardan olan iş adamlarının Azərbaycanda bir çox sahələr üzrə investisiya qoymaqda maraqlı olduqlarını vurğulayaraq bunu üçün ilk növbədə milli strategiyanın yaradılmasının vacibliyini önə çəkib.
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət