Almaniyanın bəzi siyasətçiləri və mətbu orqanlarının Azərbaycana qarşı kampaniya keçirmələri təəssüf doğurur. Bu barədə Milli Məclisin spikeri Oqtay Əsədov bəyan edib.
“Təəssüf edirəm ki, bəzi siyasətçilər və mətbu orqanlar Azərbaycana qarşı kampaniyaya qoşulub”, - deyə O.Əsədov çərşənbə axşamı keçirilən Milli Məclisin plenar iclasında bildirib.
O.Əsədovun sözlərinə görə, Azərbaycana qarşı kampaniyada iştirak edən şəxslərin əksəriyyəti 1992-1993-cü illərdə Bakıda fəalityyət göstərən Fridrix Nauman fondunun ekspertləri olublar. “Bu məsələlərin kökü aydındır (Azərbaycana qarşı kampaniyanın – İF-Az.). Azərbaycan-Almaniya münasibətləri yüksək səviyyədədir. Almaniya Bundestaqı yalnız “yaşıl” partiyanın 16 üzvündən ibarət deyil. Bundestaq, ilk dəfə Dağlıq Qarabağa dair qətnamə qəbul edən parlamentdir”, - deyə spiker vurğulayıb.
O.Əsədov həmçinin, Bakıda bir sıra evlərin sökülməsi üçün kompensasiyanın məbləğinin Almaniya mətbuatında tənqid barədə öz mövqeyini ifadə edib. “Bu evlərin sahiblərinə evin hər kvadrat metri üçün $1,5 min məbləğində kompensasiya ödənilir. Biz hamımız Azərbaycanda yaşayırıq və bilirik ki, Bakı mərkəzində kvadrat metrin dəyəri $1000-1200, şəhər hüdudlarında - $600-800 təşkil edir. “Yəni, bu həm ev almaq, həm də onun təmiri üçün kifayətdir”, - deyə spiker qeyd edib.
Hakim “Yeni Azərbaycan” partiyasının icraçı katibi, Milli Məclisin deputatı Əli Əhmədov öz tərəfindən bəyan edib ki, bəzi alman siyasətçiləri və mətbuat Azərbaycanın beynəlxalq imicini artırmaq üçün Bakıda keçiriləcək “Eurovision” mahnı müsabiqəsindən istifadə etməsini mənfi nöqteyi-nəzərdən təqdim edir. “Mən anlamıram ki, bunda pis nə var? O zaman nə səbəbə bəzi siyasətçilər, Almaniya mətbuatı, həmçinin, bu ölkənin səfiri həmin müsabiqədən istifadə edərək, Azərbaycanın beynəlxalq imicini korlamağa çalışırlar”, - deyə o bildirib.
Ə.Əhmədov həmçinin, Almaniya mətbuatında məqalələrlə razılaşmadığını ifadə edib. Məqalələrdə, guya “Eurovision” mahnı müsabiqəsi ərəfəsində Azərbaycanda mülki hüquqların pozulmasından bəhs edilir. “Ən azı, Almaniyanın Bakıdakı səfiri yaxşı bilir ki, Azərbaycan hökuməti qaçqınlar və məcburi köçkünlər üçün evlərin tikintisinə milyonlar xərcləyib”, - deyə o bildirib.
Hakim partiyanın icraçı katib Bakıda yaşamaq üçün yararsız yerlərdən insanların yeni binalara köçürülməsinin Almaniya mətbuatında zorakılıq kimi qiymətləndirilməsinə narazılığını ifadə edib.
Milli Məclisin deputatı Azay Quliyev öz çıxışında qeyd edib ki, xalq Almaniya mətbuatında aparılan Azərbaycana qarşı təbliğatdan narahatdır. “Bu cür kampaniya müəyyən dərəcədə Almaniyanın “yaşıl” partiyasının qeyri-müəyyən mövqeyi ilə əlaqədardır. Biz bu cür informasiya müharibəsindən çəkinməliyik”, - deyə o əlavə edib.
A.Quliyev xatırladıb ki, Azərbaycan parlament üzvlərindən ibarət qrup bu günlərdə Bundestaqda görüşlər keçirib, burada ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə edilib. “Azərbaycan və Almaniya arasında əmtəə dövriyyəsi ötən il 2 mlrd. avronu ötüb, 2009-cu ildə Bundestaqda Azərbaycanın ərazi bütövlüyünü tanınması barədə qətnamə qəbul edilib. Buna görə, Azərbaycanın beynəlxalq imicinə zərər vurmağa yönəldilən Almaniya mətbuatının hazırki nəşrləri birtərəfli xarakter daşıyır. Biz bu nəşrlərə reaksiya verməyə bilmərik”, - deyə o bildirib.
Deputat Çinqiz Qənizadə öz tərəfindən qeyd edib ki, Azərbaycan və Almaniya mətbuatında müşahidə edilən qarşılıqlı ittihamlar “Azərbaycan və Almaniyanın rəsmi mövqelərini əks etdirmir”. “İkitərəfli münasibətlərin bu cür qızışdırılmasında ayrı-ayrı siyasətçilər və mətbuat maraqlıdır”, - deyə Ç.Qənizadə bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət