Cümə axşamı Azərbaycanda ümummilli lider Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü qeyd edilir.
Ənənəvi olaraq Bakının mərkəzində Heydər Əliyev parkında gül bayramı keçiriləcək.
Burada təbii çiçəklərdən hazırlanmış müxtəlif bədii kompozisiyalar nümayiş etdiriləcək.
Eləcə də, ölkənin minlərlə sakini fəxri xiyabanda H.Əliyevin məzarını ziyarət edəcək. İldönümü ərəfəsində H.Əliyevin həyat və fəaliyyətini əks etdirən bir çox tədbirlər keçirilib.
Heydər Əliyev 1923 –cü il mayın 10 - da Naxçıvanda anadan olub.1969-cu ildən 1982-ci ilə qədər Azərbaycan SSR MK-nın birincikatibi olub.1982-1987-ci illərdə SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini vəzifəsində çalışıb.1982-ci ilin Siyasi Büroya üzv seçilib.
O 1990-cı ildə Azərbaycana qayıdlb.1991-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sədrlik edib, 1993-cü ilin oktyabr ayında isə Azərbaycan Prezidenti seçilib.1998-ci ildə H.Əliyev bu vəzivəyə yenidən seçilib.H.Əliyev 2003-cü il dekabrın 12-də Klivlend klinikasında(ABŞ) dünyasını dəyişib.
İstər SSRİ dövründə, istərsə də müstəqilliyini qazandıqdan sonra Azərbaycanın inkişafı Heydər Əliyevin adı ilə bağlı olub.
Belə ki, 1969-1982-ci illərdə Azərbaycanda çoxlu sənaye müəssisələri tikilib ki,bunun sayəsində respublikanın iqtisadiyyatı aqrar iqtisadiyyatdan sənaye iqtisadiyyatına çevrilib
Müstəqillik dövründə H.Əliyev ölkənin neft strategiyasının əsasını qoyub.Buna görə Azərbaycanda dünya miqyası üzrə rekord göstəricidə iqtisadi artım təmin edilib, ölkənin enerji ehtiyatlarının ixracatçısı kimi əhəmiyyəti yüksəlib və bütün bunlar dünya miqyasında ölkənin siyası çəkisinin artmasına səbəb olub.
Heydər Əliyev kütləvi informasiya vasitələrinə həmişə böyük əhəmiyyət verib,dördüncü hakimiyyətin imkanlarını yüksək qiymətləndirib.
Təsadüfü deyil ki, öz həyatında 20 yanvar, Kommunist Partiyası sıralarından getmək kimi dramatik və önəmli hadisələri o aydın media strategiyası ilə təmin edərək bunun üçün məhz SSRİ-nin ilk müstəqil informasiya agentliyi olan “İnterfaks” agentliyini seçib. H.Əliyev üçün çətin zamanlarda ilk dəfə “İnterfaksın ”əməkdaşları ona etibarlı informasiya dəstəyi göstərtərək onun kommunist partiyası sıralarından istefa ərizəsi verməsi barədə məlumat yayıb.Bundan sonra da “İnterfaks”ın xəbərlər xronikası 1990-cı illərin əvvəllərində Azərbaycandakı vəziyyətin dramatikliyini və suveren Azərbaycanın yaranması üçün Heydər Əliyevin son dərəcə qızğın iş tempini əks etdirirdi.
Bütün bu xronika “Heydər Əliyev haqqında teleqraf mətni ilə “kitabında toplanıb.
Çətin ki , digər agentliklərdə bu 500 – dən artıq səhifəyə malik böyük həcmli kitabı əhatə edəcək belə zəngin material toplanmış olsun Bu kitab yalnız Azərbaycanda deyil , xaricdə də böyük marağa səbəb olub.Daha böyük oxucu kütləsinin tanış olması üçün kitabın Azərbaycan dilində tərcüməsi və nəşri təmin olunub.
Öz medialayihəsini davam etdirərək 2002- ci ildə Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin yaranmasının 10 illiyi münbasibəti ilə H.Əliyev Azərbaycanda ilk Rusiya agentliyinin törəmə strukturunun yaradılmasına xeyir-dua verib.Bu həm Rusiya həm də dünya KİV-lərinin diqqətini cəlb etdi.Beləliklə, H.Əliyev Ermənistanla informasiya müharibəsində blokadanı yarmaq üçün etibarlı yol açdı. O “İntefaksa”öz etimadını dəfələrlə dilə gətirərək, agentliyin jurnalistlərini öz dostları adlandırıb.
Bu gün “İnterfaks - Azərbaycan”, xəbərləri dünyada Azərbaycan haqqında etibarlı informasiya mənbəyi kimi qiymətləndirilən aparıcı kütləvi informasiya vasitələrindən biridir .
“İnterfaksın”törəmə strukturu olan bu Rus –Azərbaycan informasiya agentliyinin müxtəlif material və analitik hesablamalarla diqqəti cəlb edən www.interfax.az adlı xüsusi saytı var.
“İnterfaks - Azərbaycan”agentliyi də öz ad gününü may ayında qeyd edir .Belə ki, 2003-cü il mayın 1-də Heydər Əliyevin 80 illik yubileyi ərəfəsində agentlik onu bu üsulla təbrik edərək işə başlayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət