Keçmiş Sovet İttifaqının ölkələri Böyük Vətən Müharibəsi qurbanlarının xatirəsinə ehtiramla yanaşmaq məsələsində Azərbaycandan nümunə götürməlidirlər. Bu barədə Rostov vilayəti qubernatorunun müavini İqor Quskov bəyan edib.
“Azərbaycan höküməti 416-cı Taqanroq diviziyasınınsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksinin əsaslı təmirinə 57 mln. rubldan artıq vəsait ayırıb. Bu, Qələbə naminə həyatlarını qurban verən şəxslərin xatirəsinə, tarixə necə yanaşmaq lazımdır məsələsində keçmiş Sovet İttifaqının ölkələri üçün yaxşı nümunədir”, - deyə İ.Quskov bildirib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri Taqanroqdan məlumat verib.
Mayın 9-da Taqanroqda şəhərin faşistlərdən azad edilməsində qəhrəmanlıq göstərən əsgərlərin, o cümlədən əsasən azərbaycanlılardan təşkil olunan 416-cı və 130-cu diviziyaların əsgərlərinin xatirəsinə ucaldılan abidə kompleksinin əsaslı təmirdən sonra təntənəli açılışı olub.
İ.Quskov qeyd edib ki, “azərbaycanlı əsgərlərdən ibarət diviziyalar Taqanroq şəhərinin azad edilməsinə böyük töhfə veriblər. İtkilərin sayı çox olub, çünki rayon son dərəcə gücləndirilmiş olub”.
İ.Quskov bildirib ki, 1943-cü il avqustun 30-da Taqanroqun azad edilməsi şərəfinə Moskvada atəşfəşanlıq təşkil edilib. “Taqanroq işğaldan azad edilən üçüncü şəhər olub, bunun şərəfinə Moskvada atəşfəşanlıq təşkil edilib”, - deyə Rostov vilayəti qubernatorunun müavini qeyd edib.
“Müharibə zamanı heç kəs milli mənsubiyyətinə görə bölünməyib – rus, azərbaycanlı, ukraynalı və ya digər. Bunu unutmaq mümkün deyil. Hesab edirəm ki, abidənin əsaslı təmiri – postsovet məkanında bütün ölkələrə örnək ola bilən dövlətlərarası əməkdaşlığın nümunəsidir”, - deyə o bildirib.
Tədbirdə çıxış edən Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov məlumat verib ki, Taqanroqdakı abidə kompleksi 1980-ci ildə əsgərlərimizin fədakarlığının xatirəsi olaraq yaradılıb. Açılış mərasimində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev iştirak edib. “Müharibə illərində Azərbaycan digər dövlətlərlə birgə vətəninin azad edilməsi uğrunda mübarizə aparıb və qələbəyə böyük töhfə verib. Bu müharibədə Azərbaycanın hər beş vətəndaşından biri silah əllərində vuruşub. 681 min azərbaycanlı cəbhəyə yola düşüb. Onların 10 mindən çoxu qadın olub. Xeyli sayda azərbaycanlı müharibədə həlak olub, 400 mindən çox azərbaycanlı mükafat və ordenlərə layiq görülüb”, - deyə o məlumat verib.
N.İbrahimov qeyd edib ki, Azərbaycan müharibə illərində cəbhəyə neft və neft məhsullarının əsas təchizatçısı olub. “O dövrdə SSRİ-də hasil edilən neftin ümumi həcminin 70%-i Bakının payına düşüb. Bakı neftçiləri 1941-ci ildə neft hasilatında rekord səviyyəyə - 23 mlnş tondan artıq çatıblar. Müharibə illərində Bakıda 130 npvdən artıq hərbi texnika və döyüş sursatı istehsal edilib. Azərbaycan hospitallarında Sovet Ordusunun 400 mindən artıq əsgər və zabiti müalicə olunub”, - deyə Dövlət Komitəsinin sədri bildirib.
Təntənəli mərasimdə həmçinin Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun müraciəti oxunub
Müraciətin mətni Rostov vilayətinin müdiriyyətinə təqdim edilib.
Mərasimdə mitinq və parad keçiilib, bundan sonra iştirakçılar abidə önünə güllər qoyublar.
Açılış mərasimində, Milli Məclisin deputatı, Azərbaycan Rus İcmasının rəhbəri Mixail Zabelin, Azərbaycan kazakları icmasının, Respublika Veteranlar Şurasının nümayəndələri, Əfqanıstan və Qarabağ müharibəsi veteranları, ictimai xadimlər, Rusiyadakı Azərbaycan diasporunun təmsilçiləri iştirak ediblər.
Taqanroqda abidə kompleksi 1980-ci ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin təşəbbüsü ilə açılıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət