2011-ci ilin yekunlarina görə Azərbaycan və Rusiya arasında iqtisadi münasibətlərin inkişafı rekord göstəriciyə çatıb.Rusiya Federasiyasının səfiri Vladimir Doroxin Bakıda “Proqress” mükafatının təqdimat mərasimində belə söyləyib.
O qeyd edib ki, bu tədbir Azərbaycan və Rusiya şirkətlərinin fəliyyətinin yekunudur. Diplomatın sözlərinə görə, ötən il göstəricisi təxminən $3 mlrd.-a çatan ikitərəfli əmtəə dövriyyəsi sahəsində rekord olub.
Onun qeyd edib ki, cari ild bu rekord göstəricinin də artmasını gözləmək olar.
“Azərbaycan kapitalı Rusiyaya gəldi, Rusiyanın cənubunda işləyir, biz bunu alqışlayırıq və azərbaycanlı biznesmenlərin cəsurluğunu və risklərə hazır olmalarını dəstəkləmək istəyirik”,- deyə V.Doroxin bəyan edib.
Səfir bildirib ki, Azərbaycan artıq Rusiyaya $500 mln. məbləğində sərmayə qoyub.”Biz şadıq ki,regional əməkdaşlıq inkişaf edir Rusiyada Azərbaycanın investisiyaları artır”,- deyə o əlavə edib.
. V.Doroxin həmçinin, Azərbaycana yeni Rusiya şirkət və firmalarının gəldiyini bildirib.”Azərbaycan bazarlarına yeni firmalar gəlirlər. Rusiya bu il ilk dəfə tibb sahəsində öz xidmətlərini təklif edir”,- deyə o vurğulayıb.
Onun sözlərinə görə,Rusiya Azərbaycan münasibətlərinin ən yaxşı hissəsi ticari- iqtisadi münasibətlərdir.”Bundan hamı faydalanır-biznesmenlər pul qazanır,dövlət büdcəsinə vergi köçürmələri olur, insanlar iş, sabit əmək haqqı imkanları əldə edirlər.Biz siyasətçilər isə necə deyərlər siyasi mənfəətləri düşünürük, çünki bu Rusiya – Azərbaycan əlaqələrinin möhkəmlənməsinin əsasını təşkil edir”.- deyə səfir V.Doroxin bildirib.
“Proqress” mükafatı 2008-ci ildə Rusiya səfirliyi, Azərbaycan-Rusiya işğüzar əməkdaşlıq palatası və Rusiyanın Azərbaycandakı ticarət nümayəndəliyi tərəfindən təsis edilib.
2011-ci ildə “Proqress” mükafatının nominantları Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfə verən 17 şirkət və təşkilat olub.
2011-ci ildə mükafat alan iri şirkətlərlər arasında “LUKoyl”, “Baltika-Bakı”, SOCAR, Moskva Dövlət Universitetinin Bakı filialı və s. olub.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-dan ev təmiri üçün illik 9.5% ilə nağd pul krediti
«Nar» komandası «Breyn Rinq» yarışının qalibi oldu
AccessBank yenilənmiş konseptli “20 yanvar” filialını istifadəyə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət