Rəsmi Bakı insan haqqlarının qorunması mənasında qüsursuz olmayan ölkələrin Azərbaycana demokratik azadlıqlar sahəsində öz şərtlərini diktə etmələrindən hiddətlənib.
“Bu gün müstəqil olmayan bir çox dövlət üzərimizə qeyri-müstəqil və qeyri-demorkatik dövlət şablonları taxaraq bizi idarə etməyə çalışır”, - Prezident Administrasiyasının İctimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə “Vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin rolu” mövzusunda konfransda bəyan edib.
“İctimai rəyi formalaşdıran dünyada məşhur tnasmilli mətbuat orqanları, televiziya şirkətləri və informasiya mərkəzlərinin fəaliyyətinə diqqət yetirin. Artıq 20 ildir Azərbaycan xalqı Ermənistanın təcavüzü ilə üzləşir. 20 ildir 1 mln. vətəndaşlarımızçadır şəhərciklərində yerləşərək qaçqın vəziyyətində yaşayır. 20 ildir Ermənistan dövləti dünya ictimaiyyəti və BMT-yə öz qaydalarını diktə edir. Hansısa cırtdan dövlət BMT-yə öz şərtlərini diktə edir. 20 ildir Azərbaycan xalqı dünya ictimaiyyətinə ağrısını çatdırmağa çalışır”, - deyə Ə.Həsənov bildirib.
Buna baxmayaraq, Bakıya “Eurovision”un işıqlandırılması üçün gələn xarici mətbuat bu problem barədə bir sətir belə yazmayıb.
“Müstəqil olduğuna şübhə etdiyim hansısa “İndependent” Azərbaycan xalqının sağalmaz yarası olan Dağlıq Qarabağ münaqişəsi barədə bir sətir də yazmayıb. Bu dövlətin 1 mln. qaçqın və məcburi köçkünü, 20 il ərzində ermənilər tərəfindən təcavüz obyekti olduğu, bu illə ərzində BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsi üçün mübarizə apardığı barədə yazmayıb. Bu dövlətin regionda müstəqil siyasət apardığı yeganə ölkə olduğu və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi üçün mübarizə apardığı barədə də yazmayıb. Dövlətimizin uzun illər dini fundamentalistlərə qarşı mübarizə apardığı, İran və digər qonşu dövlətlərin müdaxiləsinə fəal mane olduğu barədə heç biz söz yazmayıb”, - deyə Ə.Həsənov vurğulayıb.
Onun sözlərinə görə, “İndependent” həmçinin Azərbaycanın uğurla Avropa standartları tətbiqinə toxunmayıb, bununla yanaşı qəzet bəyan edib ki, respublikada indsan haqqları pozulur. “İndi isə baxaq, Azərbaycanda olduğu qədər dünyanın hansı ölkəsində bu sayda vətəndaş cəmiyyəti insgtitutları mövcuddur. Hansı ölkədə müxalifət bu qədər sərbəst fəaliyyət göstərir”, - deyə Prezident Administrasiyasının şöbə müdiri bildirib.
Ə.Həsənovun sözlərinə əsasən, bu gün xarici mətbuatın səhifələri Azərbaycan əleyhinə yazılarla doludur. “Prezident və onun ailə üzvləri, dövlət məmurları, mərkəzi və yerli icra orqanlarının rəhbərləri ünvanına kütləvi şəkildə tənqid, təhqir və böhtan xarakterli məqalələr dərc edilir. Görəsən biz bütün bunlara dözməliyik? Nə üçün?”, - deyə şöbə müdiri hiddətlə qeyd edib ki, Azərbaycanın dövlət məmurları Avropa ölkələrinə səfər etmək üçün viza əldə etmək üçün növbəyə dururlar.
“Mənim ölkəm heç bir Avropa dövlətindən pis deyil. Biz onlardan geri qalmırıq”, - deyə o bəyan edib.
Azərbaycanda QHT-lər ilə bağlı vəziyyəti şərh edərək Ə.Həsənov qeyd edib ki, hakimiyyət QHT-lərə tərəfdaşları kimi yanaşır. “Dünyanın heç bir ölkəsində Azərbaycanda olduğu qədər QHT-lərin fəaliyyəti üçün sərbəst şərait yoxdur və hakimiyyət QHT-lərə tərəfdaşları kimi yanaşır”.
Prezident Administrasiyasının nümayəndəsi qeyd edib ki, Azərbaycanın müstəqilliyinin ilk illərində QHT-lərin mahiyyəti siyasi partiyaların mahiyyəti ilə eyni idi. “QHT kimi ictimai təşkilatların formalaşması 1998-ci ildə başlanıb. Bu zaman hakimiyyət və QHT-lər biri-birinin simasında rəqib görməyi dayandırıb”, - deyə o bildirib.
Ə.Həsənov əlavə edib ki, 1998-ci ildə - “Qrantlar haqqında” qanunun qəbulu, 2000-ci ildə - “QHT-lər haqqında” qanunun qəbulu, 2007-ci ildə - QHT-lərə dövlət dəstəyi Konsepsiyasının hazırlandığı, 2008-ci ildə isə Azərbaycan Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradılan zaman bu müsbət tendensiya möhkəmlənib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət