UNESCO Azərbaycan Milli Elmlər Akademiyasının(AMEA) İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu ilə birgə respublikada müxtəlif sahələrdə layihələr reallaşdırır.
“Son 20 ildə Azərbaycan müxtəlif beynəlxalq təşkilatlarla ,xüsusilə BMT ilə münasibətləri uğurla inkişaf etdirir”,- deyəAMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafayeva “Azərbaycan və UNESCO :Davamlı inkişaf naminə təhsil” adlı beynəlxalq konfransda çıxışı zamanı bildirib.
“UNESCO BMT-nin strukturu olaraq Azərbaycanla fəal əməkdaşlıq edir, və bu gün bu əməkdaşlıq uğurla inkişaf edir.UNESCO mədəniyyət,incəsənət,təhsil,elm,insan hüquqları kimi sahələrə böyük diqqət ayırır”,- deyə o qeyd edib.
Onun sözlərinə görə, Azərbaycan həqiqətləri, problemləri, o cümlədən Azərbaycan- Ermənistan münaqişəsi barədə məlumatlar UNESCO vasitəsilə dünya ictimaiyyətinə çatdırılır.
“UNESCO-nun fəaliyyətinin əsas istiqaməti insan hüquqlarıdır.Təşkilat bu sahəyə böyük diqqət ayırır.AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu üç il ərzində UNESCO ilə fəal əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində təhsil almaq hüququnun təmin edilməsinə, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsinə xüsusi diqqət ayırırıq”,- deyə A.Mustafayeva bildirib.
“Bu illər ərzində biz UNESCO ilə istər Azərbaycanda, istər Parisdə baş ofisdə bir çox müxtəlif layihələr həyata keçirmişik.Azərbaycanla UNESCO-nun əməkdaşlığında UNESCO-nun xoş məramlı səfiri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva vacib rol oynayır”,- deyə UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva bildirib.
Onun sözlərinə görə,Azərbaycan UNESCO-nun müxtəlif xeyriyyə aksiyalarında fəal iştirak edir.
“Xüsusilə bizim həyata keçirdiyimiz sonuncu layihə Haitidə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədardır”,- deyə G.Əfəndiyeva əlavə edib.
Tədbirdə iştirak edən UNESCO-nun Moskva ofisinin humanitar və sosial məsələlər üzrə proqram mütəxəssisi Alla Ampar öz növbəsində bildirib ki,UNESCO-nun missiyası beynəlxalq əməkdaşlıq vasitəsi ilə sülhün möhkəmlənməsinə kömək etməkdir.
“Bizim Moskva ofisi 10 ildir ki. Azərbaycanın ombudsmanı ilə əməkdaşlıq edir, biz birgə müxtəlif konfranslar keçirir və burada gender məsələlərini,immiqrasiya problemini. fövqəladə hallarda insan hüquqlarını müzakirə edir, gənclərin sosial cəlb olunması üzrə tədqiqat layihəsini reallaşdırır, eləcə də “Bioetika ,insan hüquqları və yeni texnologiyalar: reproduktiv sağlamlıq məsələləri, ailə planlaması” adlı illik konfransı təşkil edirik”,- deyə o konfransda söyləyib.
Konfrans zamanı UNESCO-nun bioetika üzrə baza təhsil proqramının Azərbaycan dilində təqdimatı keçirilib, eləcə də UNESCO-nun sertifikatları təqdim olunub.
Konfrans AMEA-nın İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu, UNESCO üzrə Azərbaycan Milli Komissiyası və UNESCO-nun Bioetika kafedrasının Azərbaycan Bürosu tərəfindən təşkil edilib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət