Ermənistanın Qarabağ münaqişəsi zonasında son təxribatı onun destruktiv mövqeyinin bariz nümunəsidir. Bu barədə çərşənbə axşamı jurnalistlərə Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov bildirib.
“Ermənistan bu gün status-kvonu saxlamağa çalışır və bölgədə sülhə, sabitliyə və əmin-amanlığa xidmət edən addımlar atmaq əvəzinə, bölgədə daha çox hərbi ritorikanın güclənməsinə, qeyri-sabitliyə, müxtəlif provokasiyalara çalışır”, - deyə o qeyd edib.
E.Aslanov deyib ki, uzun illərdir Ermənistan Qarabağ üzrə danışıqlarda qeyri-konstruktiv mövqe tutur və danışıqlar prosesini uzadır.
“Bu təxribat bir daha göstərir ki, Ermənistan tərəfi sülhün bərqərar olmasında maraqlı deyil”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, çərşənbə axşamı səhər saatlarında Azərbaycan Silahlı Qüvvələri Ermənistan tərəfindən təxribatın qarşısını alıb. İnsident nəticəsində Azərbaycanın 4 hərbçisi şəhid olub. Müdafiə Nazirliyinin məlumatına görə, hadisə saat 06.30-da baş verib. Ermənistan təxribatçıları Qazax rayonunun Aşağı Əskipara kəndində yerləşən Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinə girməyə cəhd etsə də, itki verərək geri çəkilməyə məcbur ediliblər.
Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin dörd hərbi qulluqçusu ilə yanaşı, daha bir əsgər düşmən mövqelərindən açılan atəş nəticəsində şəhid olub.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət