ATƏT 2013-cü ildə Azərbaycanda prezident seçkilərinin monitorinqini keçirmək istəyir.
"Biz ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə birlikdə 2013-cü ilin oktyabr ayında Azərbaycanda prezident seçkilərinin monitorinqini keçirmək üçün dəvət gözləyirik", - deyə ATƏT-in fəaliyyətdə olan sədri, İrlandiyanın xarici işlər naziri Eymon Gilmor cümə axşamı Bakıda vitse-spiker Bahar Muradova ilə görüşdə bildirib.
"Biz ötən seçkilərdə hazırladığımız hesabatların yerinə yetirilməsinə (Azərbaycan tərəfindən - İF-Az) xüsusi diqqəti yetiririk", - deyə o qeyd edib.
ATƏT sədri, həmçinin, Azərbaycanda "Diffamasiya haqqında" qanunun qəbul edilməsini zəruri hesab edir.
"Azərbaycan regionda bu qanunu qəbul etməyən yeganə ölkədir", - deyə o bildirib.
E.Gilmor Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş İnsan hüquqlarının inkişafı Milli Proqramını müsbət qiymətləndirib.
"Bu proqramda şübhəli bilinən və saxlanılan şəxslərin hüquqlarının müdafiəsi haqqında qanunun qəbul edilməsinin nəzərdə tutulması müsbət haldır", - deyə o vurğulayıb.
B.Muradova qeyd edib ki, Azərbaycan tərəfi, bir qayda olaraq, bütün beynəlxalq təşkilatları, o cümlədən ATƏT-i ölkədə seçkilərin monitorinqini keçirməyə dəvət edir.
O məlumat verib ki, Azərbaycanda “Diffamasiya haqqında” qanunun hazırlanması üzərində iş gedir. “Avropanın 25-dən çox ölkəsində bu qanunun qəbul edilməməsi bizdə suallar doğurur. Buna baxmayaraq, Azərbaycanda bu qanunun qəbul edilməsi ilə bağlı prinsipial razılıq var. Bu qanun layihəsi hazır olduqdan sonra biz onu ictimaiyyətin müzakirəsinə çıxaracağıq” , - deyə B.Muradova bildirib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət