Ermənistanda mövcud olmayan “İnterfaks- Ermənistan” agentliyinin saxta İnterfax. am saytının yaradılması bu ölkədə saxtalaşdırma siyasətinin davam etdiyini sübut edir.Prezident Administrasiyasının sektor müdiri Fuad Axundov “İnterfaks -Azərbaycan” agentliyinə belə söyləyib.
“İnterfaks –Azərbaycan”agentliyinin mövcud olduğu 10 il ərzində Ermənistan KİV-lərində İrəvanın Bakının müqabilində “İnterfaks –Ermənistan”agentliyi yarada bilməməsi ilə əlaqədar Ermənistan tərəfini ittiham edən məqaləlıər meydana çıxıb və bu informasiya müharibəsində Azərbaycana uduzmaq nümunəsi kimi təqdim olunub.Hətta, onlar informasiya məkanında dünya liderlərindən biri ilə birgə agentlik yarada bildiyi üçün bizim liderimiz Heydər Əliyev haqqında kompliment də söyləmişdilər.Ermənistan rəhbərliyi isə bunu edə bilməmişdi”.- deyə F.Axundov qeyd edib.
“Məsələni hüquqi müstəvidə həll edə bilməyn yəni, “İnterfaks”la tərəfdaşlıq edən qanunu agentlik yaratmağı baçarmayan kimlərsə Ermənistanda çox sevilən saxtalaşdırma praktikasına əl atıb – saxta “İnterfaks- Ermənistan” agentliyi yaradıb. Bu agentliyin və saytın saxtalığıni sübut etməyə ehtiyac yoxdur, çünki burada “İnterfaks”ın öz məlumatları istisna olmaqla istənilən agentliyin məlumatları təqdim edilir.Düşünürəm ki, “İnterfaks “agentliyi Erməni yalanının qarşısını almaq üçün tədbirlər görəcək.Lakin başqa bir sual yaranır.Ermənistan ictimaiyyəti hara baxır, onlara belə saxtakarlıqlar lazımdırmı?”.- deyə o əlavə edib.
F.Axundov bildirib ki, onun müəllifi olduğu “Saxtakarlqları ifşa edənlər” kitabı birinci növbədə məhz erməni ictimaiyyətinə həsr olunur.
“Kitabı nəşr etdirməklə mən əsrlər ərzində erməni saxtakarlıqlarının kənardan necə çirkin göründüyünə Ermənistan ziyalılarının diqqətini cəlb etmək istədim.Mən demişəm və yenə deyirəm ki,Ermənistan saxtakarlıq siyasətindən əl çəkməyənə qədər bu kitabın yeni cildləri yaranacaq.Tezliklə “Saxtakarlıqları ifşa edənlər” kitabının birinci cildi internetdə təqdim olunacaq”,- deyə F.Axundov vurğulayıb.
Xəbər verildiyi kimi,mayın 11-də “İnterfaks - Azərbaycan”agentliyinin mətbuat mərkəzində “Saxtakarlıqları ifşa edənlər” ktabının birinci cildinin təqdimatı keçirilib.
Kitabda erməni saxtakarlıqlarını ifşa edənlər rolunda erməni saxtakarlıqlarını konkret faktlarla təkzib edən yalnız əcnəbi alimlər, siyasətçilər, yazıçılar və ictimai xadimlər çıxış
edirlər. ABŞ, Avropa ölkələri, Rusiya və Gürcüstandan 140-dan çox müəllifin fikirləri və elmi tezisləri 32 mövzunu əhatə edir: “Erməniləşdirilmiş Albaniya”, “Elm və antielm”, “Uydurma salnamələr və tərcümələr”, “İrəvan: tarix, həqiqət və yalan”, “Oğurlanmış əsərlər və mixi yazı”, “ Ermənilərin Qafqaza demoqrafik təzyiqi “, , “Oğurlanmış kilsələr”, “Müsəlman ziyarətgahlarının məhv edilməsi” və s.
“Ermənistanın alimləri və ictimai xadimləri saxtalaşdırmalar haqqında” və “Ermənistan ermənişünaslığı ABŞ ermənişünaslığına qarşı” fəsilləri xüsusi yenilikləri ilə fərqlənirlər. Burada təxminən 30 erməni tarixçilərinin obyektiv tədqiqatları toplanıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət