Qarabağ müharibəsi nəticəsində qaçqin düşmüş və Ermənistanda yaşayan çəxslərin vəziyyəti ağır olaraq qalır.BMT-nin bu həftə qəbul edilmiş İnsan Hüquqları üzrə Komitəsinin məruzəsində belə bildirilir.
“Komitə 1988-1992-ci illərdə Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar Azərbaycandan Ermənistana qaçmış insanların və onların ailələrinin problemlərinin həll olunmamasından narahat olduğunu bildirir”,- deyə məruzədə qeyd olunub.
Həmçinin, BMT Komitəsi Ermənistana qanunsuz yolla sığınacaq almaq üçün gələn insanların məsuliyyətə cəlb edilməsindən də narahatlığını ifadə edib.Bununla əlaqədar BMT Komitəsi Ermənistana tövsiyə edir ki, Azərbaycandan qaçan qaçqınlara asanlaşdırılmış vətəndaşlıq almaq imkanlarının mövcudluğu, eləcə də qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün səylərin artırılımasına dair (xüsusən mənzil şəraiti) hüquqları barədə məlumatlandırma kampaniyası aparsın ”,- deyə məruzədə bildirilir.
BMT Komitəsi Silahlı Qüvvələrdə qeyri- müharibə şəraitində şübhəli ölümlərin, orduda nizamnamədənkənar münasibətlərin mövcudluğundan, eləcə də çağırışçılarla qəddar münasibətlərdən narahat olduğunu bildirib.
Qəbul edilmiş sənəddə Ermənistanda diskriminasiyanın aradan qaldırılması məsələləri ilə bağlı qanunvericiliyin olmamasından narahatlıq ifadə olunur.Komitə irqi və dini azlıqlara qarşı zorakı münasibətdən, dövlət məmurları və yüksək vəzifəli şəxslər, icra hakimiyyəti, polis və məhkəmə orqanlarının belə cinayət işlərini və təqibləri araşdırmaqdan imtina etmələrindən narahat olduğunu qeyd edib.”BMT Komitəsi qadınların məruz qaldığı diskriminasiyanın yüksək səviyyəsindən, qadınların ictimai və siyasi həyatda məhdud iştirakından, dövlət və ya özəl qurumlarda rəhbər vəzifələrdə onların az təmsil olunmasından narahatdır.Komitə ailə və cəmiyyətdə gender stereotiplərinin hələ də üstünlük təşkil etməsinə təəssüfləndiyini bildirib”,- deyə sənəddə qeyd olunur.
Bundan başqa, BMT Komitəsi vətəndaşlara qarşı hədsiz güc tətbiq edən hüquq mühafizə orqanları əməkdaşlarının məsulliyyətsizliyindən, eləcə də belə halların araşdırılması üçün müstəqil mexanizmin olmamasından narahat olduğunu bildirib.
Həmçinin, Komitə “bütün dövlət qurumlarında, o cümlədən polis, məhkəmə orqanlarında korrupsiyanın mövcudluğundan, bunun da qanunun aliliyi prinsipini sarsıtmasından narahat olduğunu da ifadə edib.”Bundan başqa, Komitə korrupsiyaya qarşı mübarizənin nəticələrinin yüksək səviyyədə olmamasından, bunun nəticəsi olaraq ədalətə qarşı ictimai etimadsızlıqdan narahatlıq duyduğunu bildirib. Komitə hüquq mühafizəçilərinin və jurnalistlərin hücumlara məruz qalması hallarından da narahat olduğunu qeyd edib .
“Ümumilikdə BMT İnsan Hüquqları Komitəsi öz qətnaməsində Ermənistanda insan hüquqları sahəsində vəziyyətin kritik olduğunu qeyd edib.Bu qətnamədə bizim Ermənistanda insan hüquqları üzrə vəziyyətlə bağlı hesabatımızda qeyd olunan problemlərin yalnız bir hissəsi öz əksini tapıb”,- deyə “İnterfaks –Azərbaycan” agerntliyinə Milli azlıqların hüquq müdafiəsi üzrə Monitorinq Qrupundan bildirilib (MRMG).
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət