Azərbaycan islam dövlətləri ilə yalnız iki tərəfli səviyyədə deyil, beynəlxalq təşkilatlar çərçivəsdində də əməkdaşlığın möhkəmlənməsində maraqlıdır. Bazar ertəsi Prezident İlham Əliyev Ramazan bayramı münasibətilə İslam ölkələrinin Azərbaycandakı səfirləri üçün keçirilən rəsmi qəbulda belə bəyan edib.
“Azərbaycan öz xarici siyasətində islam ölkələri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir, biz bütün beynəlxalq təşkilatlarda onların mövqeyini müdafiə edirik və bu qarşılıqlı mövqe bizi daha da yaxın edir”,- deyə İ.Əliyev qeyd edib.
Onun sözlərinə görə, torpaqlarının bir hissəsinin işğal olunmasından əziyyət çəkən Azərbaycan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən ənənəvi dəstəyi hiss edir, BTM çərçivəsində qarşılıqlı yardım xüsusi əhəmiyyətə malikdir. Prezident xatırladıb ki, dünyada Xocalı soyqrımını ilk tanıyan ölkə müsəlman ölkəsi Pakistan olub.
İ.Əliyev qeyd edib ki, İslam həmrəyliyinin möhkəmləndirilməsinə böyük əhəmiyyət verir.O bütün müsəlman ölkələrinə sülh arzulayıb və bildirib ki, rəsmi Bakı Ərəb Dövlətləri Liqasının Yaxın Şərq hadisələrinə dair mövqeyini dəstəkləyir.
Dövlət başçısı həmçinin, dünyada aparılan anti islam kampaniyasına qarşı birgə mübarizə aparmağın önəmli olduğunu söyləyib.”İslamı terror ilə bağlamaq cəhdləri böyük günah və cinayətdir”,- deyə dövlət televiziyasında İ.Əliyevə istinadən bildirilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət