Azərbaycan Prezidenti İlham Əliyev Avropa Şurasının baş katibi Torbern Yaqland daxil olmaqla ayrı-ayrı xarici siyasətçilərin azərbaycanlı zabitin Macarıstandan Bakıya ekstradisiyası və əfv olunmasının qanunsuz olduğu barədə bəyanatları təəccüblə qarşılayır.
“Onun (Avropa Şurasının baş katibi – İF-Az) həmyerlisi Breyvik 80-ə yaxın insanı öldürüb və ona 21 il həbs cəzası veriblər. Yəni, hər öldürülən şəxsə görə üç ay cəza müddəti. Bu necə mümkündür? Niyə o belə olduğu halsa susur?”, - deyə İ.Əliyev bu günlərdə Azərbaycanın şimal-qərb regionuna səfəri zamanı bir qrup məcburi köçkünlə görüşdə təəccübünü bildirib.
Respublika rəhbəri Azərbaycana qərəzli münasibətin digər misalı kimi Senatda erməni lobbisinin maraqlarını müdafiə edən amerikalı senator Robert Menendesin adını çəkib. İ.Əliyev xatırladıb ki, Menendesin və onun həmfikirlərinin fəaliyyəti nəticəsində Amerika rəhbərliyi diplomat Metyu Brayzanı Azərbaycanda səfir vəzifəsinə təsdiq edə bilməyib. Prezident bildirib ki, bu M.Brayzanın “erməni soyqırımı”nı qəbul etməməsi və onun həyat yoldaşının türk əsilli olduğuna görə baş verib. “Axı bu irqçilikdir, bu islam xofudur”, - deyə İ.Əliyev vurğulayıb.
Prezident bəyan edib ki, Azərbaycan beynəlxalq öhdəliklərinə tərəfdardır və Səfərovun ekstradisiyası və əfv olunması tam qanuni olub. Bununla yanaşı, İ.Əliyev qeyd edib ki, Azərbaycan bu məsələ ilə əlaqədar dünya erməni lobbisinin təsiri altında xarici tənqidə məruz qalıb. “Mən hədər yerə bir neçə ay öncə əsas düşmənimizin hazırda Azərbaycana qarşı çirkin kampaniya aparan erməni lobbisi olduğu barədə demədim. Onların himayəsi altında olan senatorlar və bəzi beynəlxalq təşkilatların rəhbərləri indi Azərbaycan qarşı əsassız ittihamlar irəli sürür”, deyə İ.Əliyev bəyan edib ki, Azərbaycan keçmişdə də Avropa Şurasının bu cür münasibəti ilə rastlaşıb. Bununla yanaşı, Prezident xatırladıb ki, bir zamanlar Avropa Şurasının israrı ilə bir nəfər cinayətkar vaxtından əvvəl həbsxanadan buraxılıb. Bir neçə aydan sonra həmin şəxs ata, ana və azyaşlı qız daxil olmaqla bütün ailəni öldürüb. “Və bu həmin şəxsin azadlığa buraxılmasını tələb edən həminki Avropa Şurasıdır. İndi isə təşkilat məni Ramil Səfərovu azadlığa buraxdığıma görə ittiham edir”, - deyə Azərbaycan rəhbəri hiddətlənib.
Məcburi köçkünlər qarşısında Qarabağ münaqişəsinə toxunaraq İ.Əliyev bəyan edib ki, ATƏT-in Minsk qrupunun Erçmənistana təsir edə bilmədiyinə görə, Azərbaycan münaqişənin müstəqil şəkildə həll edilməsi məqsədilə iqtisadi və hərbi qüvvəsini möhkəmləndirməyə davam edəcək.
“Azərbaycanla hesablaşmamaq cəhdləri nəticə verməyib. Bunu yaxın keçmiş göstərdi. Bu səbəbdən nə qədər güclü olsaq Azərbaycan o qədər tezliklə ərazi bütövlüyünü bərpa edəcək”, - deyə o vurğulayıb.
Prezidentin sözlərinə görə, Azərbaycan torpaqları işğal altından azad olmayınca Ermənistan təcrid olunmuş vəziyyətdə qalacaq.
Baş leytenant Ramil Səfərov 2004-cü ildə Macarıstanda NATO qoşunları tərkibində hərbi təlimlər zamanı Azərbaycan bayrağını təhqir etmiş erməni zabiti Qurgen Markaryanı öldürüb. R,Səfərov Budapeşt məhkəməsi tərəfindən ilk 30 il müddətində əfv olunmaq hüququ olmadan ömürlük həbs cəzasına məhkum edilib.
Avqustun 31-də Macarıstan R.Səfərovu Azərbaycana ekstradisiya edib, həmin gün o Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əfv olunub.
Xəbər verildiyi kimi, Avropa Şurasının baş katibi Torbern Yaqland Ramil Səfərovun qəhrəmanlaşdırılmasının yolverilməz olduğunu bəyan edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət