Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov hazırki Prezident İlham Əliyevin siyasətini uğurlu hesab edir.
“Azərbaycanın fəaliyyətdə olan prezidentinin siyasətini uğurlu hesab edirəm. Ölkənin sosial-iqtisadi inkişafında, beynəlxalq arenada əldə edilən müvəffəqiyyətlər bunu deməyə əsas verir”, - deyə A.Mütəllibov “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
O həmçinin ölkədə eks-prezident satatusuna dair Konstitusiya qanununun qəbulunun vacibliyini qeyd edib.
“Azərbaycanın eks-prezidentinin statusu haqqında Konstitusiya qanunun qəbulunu ölkənin demokratikləşməsində vacib amil kimi qiymətləndirirəm. Bu qanun bizi sivil ölkələr ilə bir sıraya daxil edib. Həmin qanun hazırki prezidentə və gələcəkdə bu vəzifəni tutanlara kimsədən ehtiyat etmədən daha cəsarətlə vəzifələrini icra etməyə, həyatın keşməkeşliyindən qorunmağa imkan yaradacaq”, - deyə o bildirib.
“Sözsüz ki, mən eks-prezident statusu əldə etdiyimə görə dövlət başçısına minnətdaram. Bu mənim həyatıma və ailəmin mənəvi durumuna əhəmiyyətli dərəcədə müsbət təsir göstərib”, - deyə eks-prezident qeyd edib.
Ümummilli lider Heydər Əliyev ilə münasibətlərə tonunaraq o bildirib ki, hər zaman onun xeyirxah münasibətini hiss edib.
“Onun Sovet Azərbaycanının rəhbəri postunda olduğu 13 il ərzində mənim adım 8 il respublika rəhbərinin kadr potensialını təşkil edən ali nomenklaturasına daxil edilib. Bu illər mənim karyera yüksəlişimin əsasını qoyub”, - deyə A.Mütəllibov bildirib.
“Gizlətmirəm, yenidənqurma dövrünün bəzi xadimlərinin keçmiş sovet ölkəsinin “durğunluq” illəri haqqında fikir söyləyərək insanların o zaman tənbəllik etmələri haqqında təsəvvür yaratmaq cəhdləri məni qəzəbləndirir.
Bu zaman mən Heydər Əliyevin rəhbərliyi altında çalışdığımız illəri xatırlayıram. Bu illəri “durğunluq” kimi adlandırmaq düzgün deyil. Biz fədakarcasına çalışmışıq. Müstəqillik əldə etdikdən sonra respublikaya gərəkli olan bazis həmin illər ərzində formalalaşıb”, - deyə o vurğulayıb.
Müsahibənin tam mətni ilə www.interfax.ru və www.interfax.az saytlarında tanış ola bilərsiniz.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət