Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil edilməsi üzrə danışıqların növbəti raundu 2012-ci il noyabr ayının sonunda baş tutacaq. Bu barədə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə cümə axşamı Bakıda məlumat verib.
“İşçi qrupunun ilkin görüşü noyabrın 30-na təyin edilib.Bu cümə gününə düşür.Həftənin qalan günləri ikitərəfli danışıqlara və kənd təsərrüfatı üzrə çoxtərəfli görüşlərə həsr olunacaq”, - deyə M.Məmmədquliyev qeyd edib.
O söyləyib ki, ötən danışıqlar zamanı qoyulan sualların cavabları ÜTT Katibliyinə təqdim olunub.
“Sualların cavabları Katibliyə təqdim olunub, bu çox vacib məqamdır. Onlar hazırda actual summary hazırlayırlar.Kənd təsərrüfatındakı vəziyyət barəsində geniş arayış hazırlanıb. Biz Azərbaycanda kənd təsərrüfatına dəstək üçün maksimal şərtlər əldə etmək istəyirik”,- deyə nazir müavini bildirib.
Avropa İttifaqı(Aİ) ilə assosiativ üzvlük məsələsinə toxunan M.Məmmədquliyev bildirib ki, noyabr ayında Bakıda danışıqların növbəti mərhələsi keçiriləcək.“Danışıqlarda yalnız viza rejimin asanlaşdırılması deyil, həmçinin readmissiya məsələləri də müzakirə olunacaq.Ümid edirik ki, artıq gələn il müəyyən nəticələr əldə ediləcək”, - deyə nazir müavini qeyd edib.
“Vizaların asanlaşdırılması vətəndaşların əksər kateqoriyasına -tələbələrə, biznesmenlərə, müalicəyə ehtiyacı olan insanlara və s. şamil ediləcək. Biz bu kateqoriyaları maksimal şəkildə genişləndirməyə çalışırıq”,- deyə o əlavə edib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə daxil olmaq üçün ərizə verib.
Azərbaycan 2007-ci ildə Türkiyə, 2008-ci ilin may ayında – Oman və BƏƏ, 2010-cu ilin may ayında – Gürcüstan, 2012-ci ildə - Qırğızıstan ilə ÜTT-yə daxil olmaq haqqında danışıqların başa çatması barədə ikitərəfli protokol imzalanıb. Həmçinin Moldaviya ilə analoji sənədin imzalanması planlaşdırılır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət