Azərbaycan sənayenin qeyri-neft sektorunda yaşıl texnologiyaların tətbiq edilməsində maraqlıdır. Sənaye və energetika nazirliyinin Aparat rəhbəri Rasim Məmmədov cümə axşamı Bakıda keçirilən “Greenevo - Yaşıl Texnologiyaların Akseleratoru” adlı iqtisadi seminarda belə söyləyib.
“Hazırda Azərbaycan Dövlət Neft Şirkəti xarici şirkətlərlə birgə neft mədənlərində və neft emalı zavodlarında atmosferə atılan çirkab sularının və zərərli tullantıların azaldılmasıyönündə ekoloji layihələr reallaşdırır.Bundan başqa, ölkədə qeyr- neft sektoru aktiv şəkildə inkişaf etdirilir, buna görə, təmiz və az enerji işlədən texnologiyaların tətbiq edilməsi lazımdır”,- deyə R.Məmmədov qeyd edib.
O həmçinin, bildirib ki, Azərbaycan ekologiya sahəsində yaşıl texnologiyaların tətbiq edilməsi üzrə Polşanın təcrübəsinin öyrənilməsində maraqlıdır
“Hazırda iki ölkə arasında müxtəlif sahələrdə, xüsusi ilə enerji sektorunda əməkdaşlıq uğurla inkişaf etdirilir. Lakin, təmiz texnologiyaların tətbiqi bizim ölkə üçün çox vacib məsələdir”,- deyə R.Məmmədov bildirib.
O qeyd edib ki, Azərbaycanda yeni texnologiyalardan istifadə etməklə kabel, plastik kütlə, panel və digər avadanlıqların istehsalı ilə məşğul olan 17 zavodun daxil olduğu Sumqayıt Texnologiyalar Parkı fəaliyyət göstərir.
“Ancaq bizdə yaşı 50-70 -ə çatan maşınqayırma müəssisələri də fəaliyyətdədir və bu zavodlarda təmiz texnologiyaların tətbiqinə ehtiyac var.Bundan başqa, ölkədə tullantıların emalı ilə məşğul olan Balaxanı poliqonunun yaradılmasını nəzərə alsaq, Polşa ilə bu sahədə əməkdaşlığı inkişaf etdirmək üçün böyük imkanlar var”, - deyə o qeyd edib.
O əlavə edib ki, Azərbaycan Polşa ilə alternativ enerji sahəsində əməkdaşlığı inkişaf etdirməyə hazırdır.
“Bu sahəyə böyük diqqət ayrılır: müxtəliv növdə alternativ enerji istehsalı üzrə Qobustan poliqonu yaradılıb, Samux, Şəki, Balakən rayonlarında bir neçə layihə reallaşdırılır. Bundan əlavə, Sumqayıt Yüksək Texnologiyalar Parkı yardılır.Onun nəzdinə alternativ enerji istehsalı üçün avadanlıq hazırlayan 15 zavod daxil olacaq”,- deyə o bildirib.
O həmçinin, söyləyib ki, 2020-ci ilədək alternativ və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə proqramın hazırlanır. Bu proqramın reallaşdırılması elektrik enerjisi istehsalında alternativ enerjinin payını 20%-ə qədər yüksəltməyə imkan verəcək.
“Bu seminar yaşıl enerji istehsalı ilə məşğul olan Polşa şirkətlərinə öz imkanlarını nümayiş etdirməyə, Azərbaycanda tərəfdaşlar tapmağa, bərpa olunabilən enerji, ekologiya sahələrində əlaqələri genişləndirməyə imkan verəcək”,- deyə R.Məmmədov vurğulayıb.
Seminarda Polşa tərəfini 11 şirkətin nümayəndələri təmsil edib.
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
«Nar» Azərbaycanın bölgələrində İKT peşəkarlarını hazırlayır
Bakcell-in ölkə miqyaslı rebrendinq tədbiri Laçında yekunlaşdı
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət