Bu gün Azərbaycanda dövlət qulluğu sahəsində islahatlar aparılır. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri Bəhram Xəlilov belə bəyan edib.
“Bizə Azərbaycanda dövlət qulluğu sahəsində strategiya üzərində işləmək tapşırılıb, qarşımızda dövlət müəssisələri əməkdaşlarının ixtisasının yüksəldilməsi məsələsi durur”,- deyə B.Xəlilov çərşənbə günü “Dövlət qulluqçularının fəaliyyətlərinin qiymətləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda bildirib.
O həmçinin, əlavə edib ki, hazırda Dövlət Qulluğu məcələsinin hazırlığı üzrə iş aparılır.
Dövlət qulluğunda ali təhsil olmadan çalışan şəxslər məsələsinə toxunan B.Xəlilov qeyd edib ki, dövlət qulluğu barədə qanunda qeyd edilir ki, inzibati vəzifə tutan şəxslər ali təhsilli olmalıdırlar.
“Hər bir vəzifə üçün tələblər qoyulub. Bu tələblərə əsasən, bu insanlar öz ixtisaslarını bu və ya digər dərəcədə bilməlidirlər ki, bu da ali təhsil almadan mümkün deyil”,- deyə B.Xəlilov qeyd edib.
Onun sözlərinə görə, hazırda mərkəzi icra hakimiyyətlərində çalışan və ali təhsili olmayan insanların sayı çox azdır və bu orqanlar belə insanları özləri üzə çıxarmalıdırlar”,- deyə o qeyd edib.
“Dövlət qulluğunda çalışan insanların əmək haqqı önların iş keyfiyyətinə müvafiq olaraq yüksəldiləcək. Hazırda bu məsələyə hazırlıq üzrə iş aparılır və biz hesab edirik ki, işdə fərqlənən əməkdaşlar qalanlarından yüksək əmək haqqı almalıdırlar”,- deyə o əlavə edib.
B.Xəlilovun sözlərinə görə, sözügedən sənədin hazırlıq işləri 2014-cü ildə başa çatacaq . lakin komissiya bu prosesi sürətləndirmək istəyir.
“ Bu sənəd vətəndaş cəmiyyətinin müzakirəsinə verilib, biz istəyirik ki, o beynəlxalq ekspertizadan keçsin”,- deyə o vurğulayıb.
“Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə pilot layihələr ilin sonuna qədər başa çatdırılacaq”,- deyə o qeyd edib.
Komissiya rəhbərinin sözlərinə görə, bu layihərin nəticələrinə əsasən, “Azərbaycanda dövlət qulluqçularının fəaliyyət qaydaları” müəyyən olunacaq.
“Gələn ildən bütün dövlət strukturları dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsini aparmalıdır, bu birinci növbədə kadrların əmsallarının yüksəldilməsi üçün lazımdır”,- deyə o vurğulayıb.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət