İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejat hesab edir ki, son iyirmi il ərzində kapitalist quruluşu özünün əsl “ayrı-seçkilik” üzünü nümayiş edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyi məlumat verib.
“Son iyirmi il ərzində dünyada rəhbər olan kapitalist quruluşunun iş bacarığı olmaması, zəifliyi və ayrı-seçkiliyi hər kəsə aydın oldu. Sizə məlumdur ki, xalqlar hazırki vəziyyətdən narazıdır və beynəlxalq güc və sərvət mərkəzlərində siyasi, iqtisadi və mədəni üsula etbar etmirlər”, - deyə M.Əhmədinejat çərşənbə axşamı İƏT sammitində çıxışı zamanı bəyan edib.
“Dünya yeni dövrə keçid və yeni quruluşun bərpası astanasındadır. Bu quruluş Tanrının vəd etdiyi kimi, ədalət, mərhəmət, hörmət və məhəbbət əsasında qurulacaq”, - deyə o vurğulayıb.
Çıxışında İran prezidenti həmçinin İƏT-in Bakı sammiti zamanı müzakirə edilmək üçün bir neçə təkliflər irəli sürüb.
Xüsusilə, İran prezidenti regional təşkilatlar, Qoşulmama hərəkatı və digər sahələrdə siyasi əməkdaşlığı və məsləhətləşmələri inkişaf etdirməyi təklif edib.
O cümlədən o fəaliyyətin koordinasiya edilməsi, dostluğun möhkəmləndirilməsi, mübahisəli məsələlərin həllində üzv ölkələrə yardım göstərilməsi, beynəlxalq təşkilatlarda İƏT ölkələrinin hüquq və maraqlarını müdafiə etmək və beynəlxalq strukturların, o cümlədən BMT-nin yenidən formalaşdırılması üçün ümumi səylərin qəbul edilməsi məqsədi ilə “İƏT-in siyasi forumu” konsultativ siyasi təsisat yaradılmasını təklif edib.
M.Əhmədinejad zəngin ümumi irsi nəzərə alaraq mədəni əməkdaşlığı inkişaf etdirməyi və Mədəniyyət Günləri keçirməyi, İƏT ölkələrinin elmi və texnoloji əməkdaşlığını möhkəmləndirmək və institutlaşdırmağı, bunun üçün müvafiq strukturlar yaratmağı təklif edib.
İran prezidenti gündəliyə iqtisadiyyat, sənaye, kənd təsərrüfatı, enerji, ticarətdə əməkdaşlığın inkişafı, barter əməliyyatlarının keçirilməsi və qarşılıqlı ticari əməliyyatlarda milli valyutaların istifadəsi, vahid şəklə salınan gömrük qanunvericiliyinin hazırlanması, təşkilatın üzv ölkələrinin iqtisadiyyatının təhlükəsizliyinin təmin edilməsi, kağız aktivlərin yaradılması və büdcə kəsirlərinin mənfi nəticələrinə qarşı mübarizə aparılması məsələlərini daxil etməyi vacib hesab edir. Onun sözlərinə görə, dəmiryolu, dəniz, quru, hava nəqliyyatı şəbəkəsini təmkmilləşdirmək, həmçinin Fars körfəzi, Oman körfəzi, Xəzər, Aralıq, Qara və Egey dənizlərinin potensialından koordinasiya edilmiş şəkildə istifadə edilməsi əhəmiyyətlidir.
Çıxışının sonunda İranın başçısı Azərbaycanın İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) sədrliyi dövründə təşkilatın üzv ölkələri Prezident İlham Əliyevin rəhbərliyi altında müsbət dəyişikliklərin şahidi olacaqlarına əmin olduğunu ifadə edib.
İqtisadi Əməkdaşlıq Təşkilatına Azərbaycan, fqanıstan, İran, Pakistan, Türkiyə və Orta Asiyanın beş ölkəsi daxildir.
Sammitdə nəqliyyat, kənd təsərrüfatı, energetika, ətraf mühitin mühafizəsi sahələrində regional iqtisadi əlaqələrin inkişafı, o cümlədən İƏT üzv ölkələrin inteqrasiyasının dərinləşməsi, sosial-mədəni və elmi-texniki əməkdaşlıq məsələlərinə dair mövzular müzakirə edilir.
Tədbirdə Azərbaycan, İran, Pakistan, Əfqanıstan və Tacikistan prezidentləri, həmçini Türkiyənin baş naziri və Qırğızıstan, Özbəkistan, Türkmənistanın yüksək vəzifəli nümayəndələri iştirak edirlər.
Sammitin yekunlarına dair Bakı Bəyannaməsinin qəbul edilməsi nəzərdə tutulur.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət