Milli Məclis İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində “Sərbəst toplaşmaq haqqında” qanuna düzəliş etməyi planlaşdırır
“Sərbəst toplaşmaq haqqında” qanuna düzəliş edilməsi təşəbbüsünü komitə üzvü, deputat Rafael Cəbrayılov irəli sürüb”,- deyə Milıli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli komitənin iclasında bildirib.
Qanunvericiliyə edilməsi planlaşdırılan dəyişikliklər barədə danışarkən R.Cəbrayılov qeyd edib ki, “Sərbəst toplaşmaq haqqında” qanun 1998-ci ildə qəbul edilib.
“İctimai proseslərin inkişafı ilə əlaqədar qanuna düzəliş və əlavələr edilməsi normal haldır. Bəzən müəyyən vaxt keçdikdən sonra bəzi qanunlar cəmiyyətin inkişafından geridə qalır.O cümlədən, “Sərbəst toplaşmaq haqqında qanunaa da dəyişiklik etmək zamanı gəlib çatıb. Həmçinin, İnzibati Xətalar və Cinayət Məcəllələrinə də müvafiq dəyişkiliklər etmək zərurəti yaranıb”,- deyə deputat qeyd edib.
Onun sözlərinə görə, ”Sərbəst toplaşmaq haqqında” qanuna iki düzəliş edilməsi planlaşdırırlır. Qanunun beşinci maddəsinə aksiyaların təşkilatçıları barədə əlavə arayışların verilməsi (ad, soyad. ünvan yaşayış yeri) maddəsi daxil ediləcək. Qanunun altıncı maddəsinə aksiya təşkilatçılarının bir və ya bir neçə hüquqi vəfiziki şəxs ola biləcəyi haqda müddəa salınacaq.
Cinayət Məcəlləsinə ediləcək düzəlişə əsasən, aksiyaların keçirilməsi qaydalarının pozulmasına görə, 5 min manatdan 8 min manata qədər cərimə sanksiyalarının tətbiqi və ya 2 il islah əmək cəzası və ya 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasının tətbiqi nəzərdə tutulur. Hazırda qüvvədə olan qanuna əsasən, aksiyaların keçirilmə qaydalarının pozulmasına görə cərimə sanksiyası 100-500 manat təşkil edir, həmçinin 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Eləcə də ictimai asyişin pozulmasına səbəb olan hadisələrin təşkili, həmçinin bu hadisələrdə fəal iştiraka görə 5 min manatdan 8 min manatadək cərimə tətbiq edilməsi nəzərdə tutulur (hazırda bu maddələr üzrə cərimə sanksiyaları 500 manat təşkil edir).
Cinayət Məcəlləsinə planlaşdırılan düzəlişlərə əsasən, ictimai asayişin pozulmasına gətirib çıxaran hadisələrin təşkili və bu hadisələrdə fəal iştiraka görə 3 il müddətinə azadlıqdan məhrum etmə və 2 il müddətində islah əmək işləri nəzərdə tutulur.
Qanunsuz aksiya iştirakçıları tərəfindən odlu və soyuq silahdan, həmçinin ətrafdakı insanların həyatı və sağlamlığı üçün təhlükə törədən digər alətlərdən istifadə edilməsinə görə 5 min manatdan 8 min manata qədər cərimə sanksiyası və ya 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.
Cinayət Məcəlləsində ictimai işlərə cəlb edilməyə dair düzəlişlər də nəzərdə tutulur. Belə ki, mövcud qanunvericilik cəza olaraq 60-240 saat ərzində ictimai iş nəzərdə tutursa, dəyişikliyə əsasən, qanunvericilikdə bu müddət 80-320 saata çartdırılacaq.
İnzibati Xətalar Məcəlləsinə ediləcək düzəliş və əlavələrdə də qanunsuz aksiya iştirakçıları və təşkilatçılarına qarşı sətləşdirilmiş sanksiyalar nəzərədə tutulur.
Belə ki, Məcəllənin 23- cü maddəsinə ictimai asayişi pozan şəxslərin ictimai işlərə cəlb edilməsi barədə maddə daxil ediləcək. Fiziki şəxslərə qarşı inzibati cərimə sanksiyalarının 3 min manatdan 5 min manatadək artırılması planlaşdırılır.( İXM , bənd 25.5, maddə 25)
Məcəllənin 49-cu maddəsinə düzəlişlər toplantılar, mitinqlər, küşə yürüşləri və piketlərin keçirilməsinə mane olmaq cəhdlərinə görə fiziki şəxslərə qarşı 1,5 min manatdan 3 min manatadək, vəzifəli şəxslər üçün 3 min manatdan 6 min manatadək, hüquqi şəxslər üçün 15 min manatdan 30 min manatadək cərimə sanksiyasının tətbiqi planlaşdırılır.
Həmçinin, məcəllənin inzibati toplantılar üzrə 298-ci -“Toplantıların təşkili və keçirilməsi qaydalarının pozulması” maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur.
Keçiriləcəyi yer, zaman, marşrut müvafiq qanunvericiliklə razılaşdırılmayan qanunsuz aksiyaların keçirilməsi və təşkili üçün aşağıdakı cəza sanksiyaları nəzərdə tutulur: fiziki şəxslər 1,5 min-3 min manat cərimə və ya 200-240 saat ərzində ictimai işlərə cəlb edilməklə və ya 15 sutka müddətinə inzibati həbs; vəzifəli şəxslər 3-6 min manat cərimə edilməklə; hüquqi şəxslər 15 min-30 min manat məbləğində cərimə.
Qanunsuz aksiyalarda iştirak üçün 500 manatdan 1 min manatadək cərimə və ya 160-200 saat ictimai işlərə cəlb olunma və yaxud 15 sutka ərzində həbs cəzası nəzərdə tutulub.
Parlament komitəsinin gündəliyinə daxil edilmiş məsələlərin müzakirələri zamanı bəzi deputatlar planlaşdırılan cərimə sanksiyalarının yumşaldılması təklifini irəli sürüblər.
İclasın yekunlarına əsasən, hər üç sənəd Milli Məclisin plenar iclasında baxılmaq üçün tövsiyə edilib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət