Poti Dəniz Limanının 1200-ə yaxın əməksdaşı (onların arasında mexanizasiya, flot, terminal və digər bölmələrin əməkdaşları da var) cümə axşamı səhər saatlarından limanın giriş qapısında toplaşaraq müdiriyyətin əmək haqlarını artırmaq və normal iş şəraiti yaratmaq barədə tələblərini yerinə yetirməyincə işə çıxmayacaqlarını elan ediblər.
“ İki xəbərdarlıq tətilindən sonra bizə vəd verildi ki, maaşlar artırılacaq, əmək şərati yaxşılaşdırılacaq, yeni əmək müqavilələri bağlanacaq. Lakin, bu tələblərin heç biri yerinə yetirilmədi”,- deyə tətilçilər bəyan edib.
İşçilərin sözlərinə görə, müdiriyyət onların konkret tələblərinin göstərildiyi yeddi bənddən ibarət sazişi yerinə yetirməyib.
“Buna görə də biz tələblərimiz yerinə yetirilənə qədər müddətsiz tətil elan edirik”,- deyə liman əməkdaşları bildirib.
Limanın sahibi olan “APM Terminals-Поти” şirkətinə gəlincə, şirkətin baş direktoru Cozef Kroli bildirib ki liman işçilərinin əmək haqqının 2013-cü ildə artırılması planlaşdırırlır.
Poti Dəniz limanı Gürcüstanın əsas limanıdır. 2011-ci ildə limanda 7,2 mln. ton yük emal edilib ki, bu da 2010-cu ilin göstəricisindən 1,4% azdır.Bununla yanaşı, limanda konteyner daşımaları 21,1%-254 min TEU(20 futluq konteynerin ekvivalenti) təşkil edib.
“AP Moller-Maersk" qrupunun bölməsi olan “ПотиAPM Terminals” şirkəti 2011-ci ilin aprel ayında “Ras Al Khaimah Invesment Authority” (RAKIA,ОАЭ) şirkətinin 80%lik payına $80 mln. manat ödəyərək “Poti dəniz limanı” şirkətində pay sahibi olub və 5 il ərzində limanın infrastrukturunun inkişaf etdirilməsi üçün öhdəlik götürüb.Qalan 20% -ə RAKIA şirkəti sahiblik edir. Keçən ilin may ayında korparasiya adını "APM Terminals-Поти" olaraq dəyişib.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azerconnect Group «Best Managed Companies Azerbaijan 2024» mükafatına layiq görüldü
Citynet GameSummit festivalının əsas tərəfdaşıdır
Yelo Bank ilə Autizm Futbol klubu arasında dostluq oyunu baş tutub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət