Azərbaycan TÜRK PA üzv ölkələrin qanunvericilik bazasının formalaşması təcrübəsini daha dərin öyrənməyın və tətbiq emələrinin tərəfdarıdır. Bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bəyan edib.
“Üzv ölkələrin qanunvericilik bazalarının öyrənilməsi çox vacibdir. Burada əsas ideya parlament diplomatiyasından istifadə etməkdir. Bunun üçün isə TÜRK PA-ya daxil olan ölkələrin Konstitusiyalarını bilmək lazımdır”, - deyə o bazar ertəsi TÜRK PA-nın Hüquq Komissiyasının ikinci iclasında bildirib.
Z.Əsgərov ümumi dəyərləri bölüşən türkdilli ölkələrin qanunvercilik sahəsində inteqrasiya prosesinin təşkilinin vacibliyini bəyan edib. Onun sözlərinə görə, üzv ölkələr demokratiya prinsiplərini və qanunun aliliyini siyasətin əsası hesab edirlər. O qeyd edib ki, TÜRK PA-nın Hüquq Komissiyası birlik iştirakçılarının qanunvericilik bazasının öyrənilməsi işində çox işlər görüb.
“Münasibətlərimizdə digər qlobal məsələ dövlətlərimiz arasında dostluq və əməkdaşlığın möhkəmlənməsidir və bu mənada öyrənilmə, təcrübə mübadiləsi və qanunvericilik sahəsində onun tətbiqi çox vacibdir”, - deyə vitse-spiker bildirib.
Z.Əsgərov həmçinin üzv ölkələrin biri-birisinin seçki sisteminin öyrənilməsinin vacibliyini qeyd edib.
TÜRK PA-nın baş katibi Ramil Həsənov öz növbəsində komissiyanın hazırki iclasının səmərəli olacağına əmin olduğunu ifadə edib və söz verib ki, yekunda qəbul ediləcək qərarlar katiblik tərəfindən yüksək səviyyədə həyata keçiriləcək. R.Həsənov məlumat verib ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakıda TÜRK PA-nın Baş Katibliyinin yeni binasının inşa edilməsi haqqında sərəncam imzalayıb. “Tikinti işlərinə 2013-cü ilin əvvəlində başlanacağı gözlənilir. Ümid edirəm ki, dövlət başçısı ilə birgə fundamentin qoyulması mərasimində iştirak edəcəyik”, - deyə R.Həsənov bildirib.
TÜRK PA-nın Hüquq Komissiyasının sədri, Türkiyə parlamentinin deputatı Haluk İpək öz tərəfindən bildirib ki, Ankarada keçirilən komissiyanın birinci iclasının yekunları üzrə üzv ölkələrin Konstitusiyasına həsr edilən məcmuə nəşr olunub. Bu nəşr dörd ölkənin parlamentlərində paylanıb. “Qanunvericilik orqanlarının qəbul etdiyi qərarların vacibliyini nəzərə alaraq gələcəkdə ölkələrimizin parlamentlərinin daxili nizamnamələrini məcmuə şəklində nəşr etmək barədə qərar qəbul edib”, - deyə o bildirib.
Hazırda Bakida keçirilən iclas zamanı iştirakçılar üzv ölkələrin parlamentlərinin reqlamentinə dair hesabatı və xalq deputatlarının səlahiyyətlərini, həmçinin qanunvericilik sahəsində əməkdaşlığı müzakirə edəcəklər. Müzakirə edilən məsələlər dair 2013-cü ildə Türkiyədə keçiriləcək TÜRK PA-nın dördüncü plenar sessiyasında təqdim ediləcək tövsiyələr qəbul olunacaq. Təsdiq edildiyi halda bu istiqamətdə yeni qanun layhələrinin hazırlanması məqsədilə üzv ölkələrə yönəldiləcək.
TÜRK PA-nın üzvləri Azərbaycan, Tükiyə, Qazaxıstan və Qırğızıstandır.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət