“ İnterfaks -Azərbaycan” agentliyinin Şimali Dokota Universitetinin professoru Tomas Ambrosio ilə müsahibəsi
- Prezident seçkilərinin nəticələri ABŞ-ın xarici siyasətinə necə təsir göstərəcək?
- Bu sahədə kimin qalib gələcəyindən asılı olaraq yəqin ki, az fərq olacaq.Prezident Obama ehtimal ki, İran və Rusiyaya qarşı daha yumşaq siyasət yürüdəcək.Bu üç amillə əlaqədardır .Birincisi, onun administrasiyası artıq rəsmi şəkildə Rusiya ilə “yenidən yüklənmə” münasibətləri ilə bağlıdır.Bu siyasəti doğrultmaq və davam etdirmək üçün(mənim fikrimcə yanlış siyasətdir) o Rusiya ilə yaxşı münasibətləri nəyin bahasına olursa olsun davam etdirməlidir.İkincisi, RF –nin sabiq prezidenti Medvedevlə “açıq mikrofon” zamanı Obama bəyan edib ki, ikinci prezidentlik müddətində yürütdüyü siyasət daha “elastik”olacaq və bu da son dərəcədə səciyyəvidir .Başqa sözlə desək, biz Obamanın ikinci prezidentlik müddətindən Rusiyaya qarşı əhəmiyyətli güzəştlər gözləyə bilərik.
Romni rəsmi şəkildə bəyan edib ki, Rusiyanı Amerikanın birinci geosiyasi rəqibi hesab edir.Düşünürəm ki, bu da yanlışdır.Əlbəttə Rusiya problem yarada bilər, lakin o SSRİ kimi güclü dövlət deyil.Rusiya podSovet məkanı ölkələrində vəziyyəti idarə edə bilər, hətta orda da mütləq söz sahibi deyil, bu SSRİ ilə müqayisədə heç nə deməkdir.Çin indi ABŞ-ın maraqları üçün daha təhlükəlidir nəinki Rusiya. Buna görə Romninin Rusiyaya hücumları qəribə görünür.
- Bəs Amerikanın Cənubi Qafqaz siyasətində hansı dəyişiklikləri gözləmək olar?
-Əgər Obama qalib gələrsə, heç bir dəyişiklik olmayacaq. yalnız bu istisnadır ki, Obama Rusiyaya Cənubi Qafqaza daha çox təsir göstərməyə imkan verəcək.Romni qalib gələrsə, bizim müttəfiqlərimizin Cənubi Qafqaza dəstəyi gücləndiriləcək, lakin Yaxın Şərq və Şərqi Asiya bizim daha çox diqqət mərkəzimizdə olacaq.
– Erməni diasporu ABŞ prezidentliyinə namizədlərin heç birinin “erməni genosidinin tanınması” barədə vəd verməməsi səbəbi ilə çaşqınlıq içindədir.Bunu necə izah edə bilərsiniz? Bu ABŞ-ın bu məsələyə münasibətinin dəyişməsi deməkdirmi ?
-Burda real dəyişikliklər olmayacaq.Ermənilər səslərinin demokratlar üçün bağlı olduğu ştatlarda- Kaliforniya, Nyu-York və Nyu- Cersidə yaşayırlar.Əgər onların hamısı Romniyə səs versə belə, bu bütövlükdə əhəmiyyət daşımazdı.
- ABŞ-ın dövlət katibi Hillari Klinton bu yay Cənubi Qafqaza son səfəri zamanı vəd etdi ki, ABŞ Qarabağ probleminin nizamlanmasında daha fəal iştirak edəcək.ABŞ-ın İrəvan və Baskıya hər hansı real təklifinin olmasına inanırsınızmı?
-Yox, mən buna inanmıram.ABŞ münaqişənin dinamikasını faktiki olaraq dəyişmək üçün nə edə bilər? ABŞ öz dəstəyini təklif edə bilər, lakin danışıqlar prosesinə əhəmiyyətli təsir göstərmək üçün diplomatik və geosiyasi kapital sərf etməyəcək.
- ABŞ-ın Dövlət departamentinin nümayəndəsi Viktoriya Nuland işğal edilmiş Azərbaycan torpaqlarında tikilən aeroportun istifadə edilməsi ilə əlaqədar yaranan problemdə Azərbaycan və Ermənistanı diplomatik həll tapmağa çağırıb.Bu sadəcə diplomatik jestdir, yoxsa ermənilərin Qarabağdakı fəaliyyətindən Vaşinqtonun narahatlığını ifadə edir?
-Bu sadəcə diplomatik jestdir: Bu maliyyə və diplomatik planda bizim üçün əhəmiyyətli deyil, lakin bununla belə bu belə fikir yaradır ki, biz problemin həllinə cəlb olunmuş oluruq.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət