Azərbaycan Xarici İşlər Nazirliyi Avstraliyanın Türkiyədəki səfirliyinə nota göndərib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.
“Nota Avstraliyanın Cənubi Uels ştatının qanunvericilik orqanının qondarma “Dağlıq Qarabağ Respublikası”nın tanınması barədə qətnamə qəbul etməsi ilə əlaqədar göndərilib. Azərbaycan da dəfələrlə xalqların öz müqəddəratını təyinetmə prinsipini dəstəklədiyini söyləyib, lakin bu prinsip ölkələrin ərazi bütövlüyünü pozmamalıdır”, - deyə E.Abdullayev bəyan edib.
E.Abdullayevin sözlərinə görə, Avstraliyanın Türkiyədəki səfirliyinə göndərilən notanı Azərbaycanın Ankaradakı diplomatik idarəsinin nümayəndələri təqdim ediblər.
“Bakının təqdim etdiyi notyaya cavab olaraq Avstraliya səfirliyində bəyan ediblər ki, rəsmi Kanberra federal səviyyədə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini tanıyır və dəstəkləyir”, - deyə XİN nümayəndəsi vurğulayıb.
Ermənistan mətbuatının məlumatına əsasən, Avstraliyanın Cənubi Uels ştatının qanunverici şurası (parlamentin Yuxarı palatası) “Xalqların, o cümlədən Dağlıq Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququnun tanınması” adlı qətnamə qəbul edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət