ABŞ Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar prosesində öz dəstəyini təklif edə bilər, lakin danışıqlar prosesinə əhəmiyyətli təsir göstərmək üçün diplomatik və geosiyasi kapital sərf etməyəcək. Şimali Dokota Universitetinin professoru Tomas Ambrosio “İnterfaks Azərbaycan” agentliyinə müsahibəsində belə bildirib.
ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaza səfəri zamanı vəd etdiyi kimi ABŞ-ın Qarabağ nizamlanması məsələsində fəal iştirakı məsələsini şərh edən professor qeyd edib ki, “ABŞ Qarabağ münaqişəsinin nizamlanması üçün danışıqlar prosesində öz dəstəyini təklif edə bilər, lakin danışıqlar prosesinə əhəmiyyətli təsir göstərmək üçün diplomatik və geosiyasi kapital sərf etməyəcək”.
Prezident seçkilərindən sonra ABŞ-ın Cənubi Qafqaz siyasəti məsələsinə toxunan ekspert hesab edir ki, böyük dəyişikliklər baş verməyəcək. “Əgər Obama qalib gələrsə, heç bir dəyişiklik olmayacaq. yalnız bu istisnadır ki, Obama Rusiyaya Cənubi Qafqaza daha çox təsir göstərməyə imkan verəcək.Romni qalib gələrsə, bizim müttəfiqlərimizin Cənubi Qafqaza dəstəyi gücləndiriləcək, lakin Yaxın Şərq və Şərqi Asiya bizim daha çox diqqət mərkəzimizdə olacaq”,- deyə o qeyd edib.
Bundan başqa, ABŞ-ın Dövlət departamentinin nümayəndəsi Viktoriya Nulandın işğal edilmiş Azərbaycan torpaqlarında tikilən aeroportun istifadə edilməsi ilə əlaqədar yaranan problemdə Azərbaycan və Ermənistanı diplomatik həll tapmağa çağıraraq diplomatik jest etməsi barədə sualı cavablandıran T.Ambrosio bildirib ki, “bu sadəcə diplomatik jestdir: Bu maliyyə və diplomatik planda bizim üçün əhəmiyyətli deyil, lakin bununla belə bu belə fikir yaradır ki, biz problemin həllinə cəlb olunmuş oluruq”.
Müsahibənin tam mətni ilə agentliyinin www.interfax.az. saytında tanış ola bilərsiniz.
AccessBank Daxili Audit Funksiyasının Xarici Keyfiyyət Qiymətləndirilməsi üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət