ABŞ-ın fəaliyyətdə olan prezidenti, demokrat Barak Obama Respublikaçılar partyasından namizəd olan rəqibi Mitt Romnini səsvermənin ilkin nəticələrinə əsasən ötərək seçkiləri qazanıb. Bu barədə “Bloomberg” agentliyi məlumat verib.
Qalib gəldiyi bilən B.Obama “Twitter”dəki mikrobloqunda yazıb: “Daha dörd il” (Four more years) və həyat yoldaşı ilə birgə şəklini yerləşdirib.
Saat 9:00-da B.Obama seçkiçilərin 290 səsini toplayıb. M.Romnini 203 seçkiçi dəstəkləyib.
Bununla yanaşı, demokratlar 25, respublikaçılar 23 ştatda liderlik ediblər. Qalib olmaq üçün namizəd 538 seçkiçidən ən azı 270 səs toplamalıdır. Üç ştatda səsverməyə yekun vurmaq qalır (Alyaska, Virciniya, Florida), bu isə seçkiçilərin 45 səsinə uyğundur.
Maraqlıdır ki, B.Obama M.Romni və respubliokaçılardan viyse-prezidentliyə namizəd Pol Rayanın doğma ştatları – Massaçusets və Viskonsində ən çox səs toplayıb. 1916-cı ildən doğma ştatda seçkiləri uduzan namizəd Ağ evə daxil ola bilməyib. B.Obama doğma ştatı İllinoysda əksəriyyətin dəstəyini alıb.
B.Obamanın Çikaqodakı qərargahında toplaşanlar bu ilkin məlumatları əldə edən kimi qələbəni bayram etməyə başlayıblar. Fəaliyyətdə olan prezidentin minlərlə tərəfdarı onun təkrar seçilməsini Nyu-York, Boston, Çikaqo və digər iri şəhərlərin mərkəzində qeyd edirlər.
AccessBank Тaksi xidmətləri üzrə tender elan edir
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bankın dəstəyi ilə qadın liderliyinə həsr olunmuş SHE Congress keçirilib
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət