“Eyr- Ermənistan” avişirkəti şirkətə məxsus yük təyyarəsinin Türkiyənin Ərzurum şəhərində Türkiyə tərəfinin əmri ilə yerə enməsi haqqında məlumatı təkzib edib.
“Əvvəldən əldə edilən razılığa əsasən, Suriyaya humanitar yük aparan təyyarə Ərzurum hava limanında yerə enib”.- deyə aviaşirkətin nümayəndəsi “İnterfaks” agentliyinə bildirib.
Onun sözlərinə görə, Yerevan- Dəməşk reysi ilə hərəkət edən Təyyarənin Türkiyəyə enməsi uçuş planına əsasən yükə baxılması məqsədi daşıyıb.
Daha əvvəl Türkiyənin “En- Ti-Bi” telekanalı Türkiyə hakimiyyətinin Ermənistandan Suriyaya uçan təyyarənin yerə enməsi və yoxlanılması barədə əmr verildiyi barədə xəbər yayıb.
Bu artıq Ermənistan təyyarəsi ilə baş verən ikinci oxşar insidentdir. Oktyabr ayının ortalarında da “ Eyr-Ermənistan” aviaşirkətinin Suriyaya humanitar yük aparan təyyarəsi Türkiyədə məcburi eniş etmişdi. Yoxlmalardan sonra təyyarənin uçuşu davam etdirməsinə icazə vermişdirlər.
Daha sonra Ermənistan mülki aviasiya baş idarəsi bəyan edib ki, Yerevan- Aleppo reysi ilə uçan təyyarənin uçuş planında Türkiyədə yerə enmək nəzərdə tutulub
Oktyabrın 10-da Türkiyə hərbi hava qüvvələrinə məxsus qırıcı təyyarələr Moskvadan Dəməşkə uçan Suriya təyyarəsini Ankarada yerə enməyə məcbur edib.Türkiyə tərəfi Ankara hava limanında yükü götürərək təyyarəni buraxıb.Bu hadisənin ardınca Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, təyyarə mülki aviasiya qaydalarını pozaraq hərbi təyinatlı yük daşıyıb.
RF XİN başçısı Sergey Lavrov öz tərəfindən bildirib ki, Türkiyə tərfindən saxlanılan yük tamamilə leqaldır.”Yük RLS üçün nəzərdə tutulan ikiqat təyinatlı elektrotexniki avadanlıqdan ibarətdir, lakin yük heç bir beynəlxalq konvensiya ilə qadağan edilməyib”.- deyə o qeyd edib.
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət